Mənim həyat tərzimi Dəyişmək arzundu Və bu arzuyla sən Oyanırsan hır səhər...
Sənin hər bir arzun Mənim üçün qanundur Mən sənin xoşbəxtliyin Uğrunda vuruşan əskər...
Gələndə telefonda səsin Qoy dünya xətdə gözləsin Ruhumu oxşayan ətrin Qoy gətirsin uşaqlıq nəğməsin...
Səni mənə, məni sənə Əvəz edə bilən yox, yox... Məni sənə, səni mənə, Əvəz edə bilən yox, yox...
- nəq -
Sən milyonlar arasında Payıma düşən qismətimsən Sən milyonlardan ən gözəl Payıma düşən, sevgilimsən...
2 ci bənd
Biz səninlə od, və su kimi Fərqli olsaqda Mənim qəlbimi, səndən yaxşı Bilən yox. Gündı on dəfə səninlə savaşsaqda Ayrı qala bilmərik Bir- birimizdən çox
Xoşbəxtəm sən yanımda olanda Mən xoşbəxtəm sən saçımı yolanda Heç dəyişmə qal, olduğun kimi qal... Dəyişmə al güllərini al...
Səni mənə, məni sənə Əvəz edə bilən yox, yox... Məni sənə, səni mənə, Əvəz edə bilən yox, yox...
- nəq -
Sən milyonlar arasında Payıma düşən qismətimsən Sən milyonlardan ən gözəl Payıma düşən, sevgilimsən..