Əllərim əlində, gözlərim gözündə Ürəyim səninlə olanda tam oluram Sənin yoxluğumda bu böyük dünyada Özümü itirib səni axtarıram Artıq mənim də bir gözəl sevgilim var Onsuz nə şən nə də qəmli günlərim olmasın Məhəbbət yolunda birgə atdımlayaq Yalnız sən bir də mən, sevgimizi yaşadaq
Nəqarət
Yaşamaq səninlə xoşdur mənə, xoşdur mənə, xoşdur mənə Mənim həyatımı coşdur yenə, coşdur yenə, coşdur yenə
Yaxşı ki dünyamda var oldum əzizim Getmə bu dünyamdan dözüllməzdi həsrətin Razıyam naz çəkim nazın da şirindi Təki tənha qoyma bu dünyada məni Bağlanmışam sənə, ayrılmaram daha Ayrılıq sözünü eşitməyək bir daha Gəlmişik bir dəfə bu fani dünyaya Səninlə yaşamaq istəyirəm daha
Nəqarət
Yaşamaq səninlə xoşdur mənə, xoşdur mənə, xoşdur mənə Mənim həyatımı coşdur yenə, coşdur yenə, coşdur yenə