Bax günəşə! Aç əllərini… Adımı çək eşidəcəm! Sözlərini… Gözlə məni… Mən geriyə dönəcəm! Əllərinlə… Əllərini isidəcəm!
İnanmazdım, belə asan olacaq gözlərindən utanmaq, İnan mənə bil ki, münkünsüzdür gülüşünü unutmaq, Sevəcəksən sən bir başqasını, bəlkə də belə olmağı yaxşıdı, Mən yaşayıram ayrılıq dalğasıdı, bu göylərin mənə qarğışıdı. Bu sətirdə yenə sənə ithaf, həmişə kimi yenə də ünvansız, Yazmayacam sənə mail`lər, qorxuram onlar qalar cavabsız...
Bahar, sən sevərdin bu fəsli, Payız, ama bitmir sən gedəndən, Yağan qar, vermir sənin ətrini, Paris, ayırır məni səndən, İnan, qorxudur bu məsafələr, Rəsmin, silinmir qəlbimdən, Zaman günahkardır, bir də dəqiqələr, Əksin, gördüyüm tək şey güzgüdən…
Bax günəşə! Aç əllərini… Adımı çək eşidəcəm! Sözlərini… Gözlə məni… Mən geriyə dönəcəm! Əllərinlə… Əllərini isidəcəm!
Gözlərində hər görəndə əksimi, yandırardı qəlbimi, Paris axı heç vaxt görməyib səni, necə başa düşə bilər o dərdimi? Pəncərəmi döyür sərt yağış, sanki əsəcək Bakı küləyi, Qalmağıma yetərdi bir baxış, amma aramızda Eifel qülləsi. Mənə yad Paris, mən də ona yad, dönməksə mümkünsüz, yollar bağlanılıb. Bakıda yəqin indi bahardır, bizi birləşdirən körpüləri sel aparıb…
Yəqin, xatırlamazsan məni, Mən kiməm? Sənin üçün adi insan. Sehrləndim, ilk dəfə görəndə səni, Günahkar mənəm, bir də ki zaman, Ayrılan yollar qovuşdurmur bizi, Yağan yağışlar itirir izimizi, Bizim ikimizi, anlamadı Bakı, Paris bağışla amma o deyil yanımdadı…