Bircə anlık ürəyini dinlə, Belə ayrılığa, əzaba dəyərmi? İndi sənə get deyən qürurun Sonra ağlayan gözünü silərmi? Birbirimizi dəlicə sevərkən Sevgimiz belə bitəcəkmi? Düşünürsənmi bunu gedərkən? Qəlbimiz buna dözəcəkmi?
Belə getmə Qəlbimizi viran etmə! Düşün qərarına tələsmə! Hər şəy yenə gəri dönər bəlkə!
İndi hər şəy sənin əlində! Mənə rəhmin yoxmu ürəyində? Nə desən də düşünmədən bu an, Bilirəm yanır sənin ürəyində! Qəlbim titrəyər yarpaq tək! Belə əlini əlimdən ayırma! Qalacaq yetim bir uşaq tək! Bu yazıq sevgimizə qıyma!
Belə getmə Qəlbimizi viran etmə! Düşün qərarına tələsmə! Hər şəy yenə gəri dönər bəlkə!