Bizim həyətimizdə bir çinar vardır Onun ətrafında biz yığışardıq Bir gecə yaxınlaşıb mən o ağaca Qorxa qorxa yazdım ''A'' üstə gəl ''A'' Keçdi illər mən qayıtdım sevgimi yada saldım Düşündüm bəlkə səni görəm yenə Şahid idi o çinar yadımdadı o bahar İlk dəfə sevirəm demişdim sənə
Qoca çinar bilirdi, qoca çinar bilirdi Yalnız çinar bilirdi mənim sirrimi
Çinarın kölgəsində dayanırdım mən Gözləyirdim məktəbdən qayıdanda sən Qonşular görərdi mənim bu halımı Mənə çox qəribə baxardı hamı Nə bilə idim ay çinar bahardan mənə qalan Uşaqlıqdan mənim sevdiyim o qız Axı sən şahid idin bir dostumda bilirdi Kimə mən demişəm ''sevirəm səni''
Qoca çinar bilirdi, qoca çinar bilirdi Birdə dostum, yaxın dostum bilirdi mənim sirrimi
Gəlib çinar altında yenə oturdum Gördüm ki eyvanda dayanıb dostum Yanında sən vardın dolandı başım Demə dostum olub ömür yoldaşın
Keçdi illər mən qayıtdım sevgimi yada saldım Düşündüm bəlkə səni görəm yenə Şahid idi o çinar yadımdadı o bahar İlk dəfə sevirəm demişdim sənə Sevirəm!