Yenə dönmüş axı hisslərim buza Sağlıqına qaldırıram badə Unutmağım mümkün deyilki hər nə olsa salıram yadə sürətin ağlıma qazınıb sanki əlləri kövrək gözləri badəm Mən sənə nifrət eləmərəmki səndə etmə mənə nə badə
Verse 1 Oturmusan həyatımda qalxmırsan tərpən bir Çıx rədd ol həyatımdan ya da gəl hərdən bir Ailəm nigarandı istəyirlər evlənəm Bilmirlər mənlə evlənən qadın da bədbəxtdir Yataram gözlərin ruhun oxşasın saçımı O vurur dayanmadan o vurur heç acımır Dedim ki, çox sevirəm gözlərini O gün bugündür qadın gözlərin məndən qaçır Bu yollar sənə çıxır ürəyim şəhzadəsi Bilirsən hər səsini duyanda mənim səsim əsir Ürəyinə bağla məni qıfılla əl qolumu Tulla məni bir ömürlük qalaram orda əsir Naməhrəm Gözəlim demişdim yadındadısa O qədər təmiz qaldı ruhum ama bilmədin qədri Atdım özümü başqa bədənlərə Məndə artıq sən kimiyəm sənən qalmadı fərqim
Nəqarət: Yenə dönmüş hisslərim bax buza sağlığına qaldırıram badə Unutmağım mümkün deyilki hər saniyə salıram yadə Sürətin ağlıma qazınıb sanki Əlləri kövrək gözləri badəm Mən sənə nifər eləmərəm ki, sən də mənə etmə nə badə.
Verse 2. Məndən vazğeç başqasını axdar demə Mən səni necə unudum burax vaxta demə Bu qədər sevgi verdim bu qədər şeir yazdım Sevgimi aşağıladın şeirlərimə saxta demə Sən bəyaz gəlinlikdə mən bəylik əlbisə Hə yenə yuxudayam yuxuma xoş gəlmisən Mən sənin ayaqlarını baş üstümə qoymuşkən Sən ürəyini başqalarının ayaqlarına sərmisən Və indi gedən yarı arxasınca səslə deyirlər Sənin xoşbəxtliyini mənə qəsdən deyirlər Sən gedəndən alt üst olub sinirlərimi dağılmışam Gəlib halımı kim görür bu adam xəsdə deyirlər Hər dar anı yanındıyam mən başımla bərabər Beynim darmadığın ürəyimsə xərabə İstəmirsən yolun açıq yoluna çıxmaram amma mən sənə nifrət eləmədim səndə etmə nə badə..
Nəqarət 2x: Yenə dönmüş hisslərim bax buza sağlığına qaldırıram badə Unutmağım mümkün deyilki hər saniyə salıram yadə... Sürətin ağlıma qazanıb sanki Əlləri kövrək gözləri badəm Mən sənə nifər eləmərəm ki, sən də mənə etmə nə badə....