O gündən ki sən getdin mən soldum Sanki həyat bitdi mən yox oldum Kimə deyim bu dərdimi başa düşsün?? Sənsiz necə yaşıyım necə ölüm?! Bircə sənlə döyünürdü ürəyim Bircə sənlə alınırdı nəfəsim Bəs sən yoxsan indi nəcə olsun?? Tək qalıb qəlbim solsun??
Nə dedim ki... itirdim səni?? Nə deyim ki qaytarım ki geri?? Nə edim görüm gözlərini?? Hardan eşidim səsini??
Sən həyatımın mənasısan Bil ki, gecəm'gündüzümsən Qayıt geri yalvarıram Diz üstə durub ağlayıram...
Bil ki, sabaha sənsiz yox gümanım Hər şey itirib mənasını, canım Bircə sən qayıtsaydın, sevgilim Bu işığa baxmağa olardı marağım... Görəsən hardasan indi?? Külək gətir onun ətrini Sənsizəm atılmış uşaq kimi Bərk qucaqla məni...
Nə dedim ki... itirdim səni?? Nə deyim ki qaytarım ki geri?? Nə edim görüm gözlərini?? Hardan eşidim səsini??
Sən həyatımın mənasısan Bil ki, gecəm'gündüzümsən Qayıt geri yalvarıram Diz üstə durub ağlayıram...
Əgər eşitsən indi sözlərimi Bil ki, hər zaman gözləyirəm səni!!!