Əvvəllər böyük dairə kimi, bir ailə kimi, Amma get-gede dustaq kimi. Həyatım ciddi rejimli zondu ele bil, Kitabım bağlanır sondu elə bil. Məsləhət verənlərim tonnla, hamısına bir quş. Hamı üçün yaydı mənim üçün yenə qış. Yıxılırdım mən, əl uzadan yox idi. Ağlayanda ətrafımda gülən çox idi. Zibil yeşiyim ağzına kimi dolu ümüdlə, Gözümü bağlamağım və açmağım zülümlə. Özümlə özümə elan etdiyim müharibədi yenə, Həyatım müsadirədi yenə. Heyif ki yenə salınır təxirə mənim ölümüm, Bununla yenədə davam edir ömürüm. 1-0-3, kümək edin həvəs ölür, Əlində ülgüc hamam otağında ölüm.
Ailə dağılır, kim hara, tək özünü vur ora-bura. Küçə mənə qarşı, qafiyə mənə qarşı, Uğur mənə qarşı, taleyim mənə qarşı. Çox yıxıilıb durmuşam bu defede duraram, Müharibə davam edir, müdafiyə quraram. Sözümü edib güllə hədəfi güllələyərəm. Ətrafımda ağlayan olsa ürəkdən gülərəm. Bilərəm kim mənə yaxın, kim uzaq olub. Kim mənimlə uduzub, kim udan olub. Kim qanmayıb, fikrimi tutan olub. Kim öldürən məni, kim yaşadan olub. Filmin yaxşı sonuna yenədə ümüd edirəm, Öz işim naminə şeytana rüşvət verirəm. Etibar itib, etibar bilən gəlib. Sökülmüş evin hasarını tikən gəlib.
Chorus: Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?
Skit: Hər səhər oyanıb ümüd edirəm ki, Bəlkə bugün dünəndən yaxşı olacaq. Amma yenədə hər axşam başa düşürəm ki, Dünən bugündən qat-qat yaxşı olub. Bir günlə yaşayıram, bu günümlə. Çünkü sabah…., çünkü sabah olmayada bilər!