Chorus: Baş verilib düşünmək üçün, Ürək vurur döyünmək üçün, Gülüş doğur sevinmək üçün, Digəl ki, üzümdə yox təbəssüm!
Verse: Bu fikirlər mənə çox qəliz, Bu rəsmlər mənə çox əziz, Bu əllərin keçmişi təmiz, Digəl ki, üzümdə yox təbəssüm! Bu gündən sabaha körpülər sınıq, Ay günəşə yenə verir acıq, Qəlbimin qapıları sənin üçün açıq, Digəl ki, üzümdə yox təbəssüm! Çəkdim zamanın ağrılarını, Təzə açmışam sargılarını, Soyutmuşam yanğılarını, Digəl ki, üzümdə yox təbəssüm!
Chorus[X2]: Baş verilib düşünmək üçün, Ürək vurur döyünmək üçün, Gülüş doğur sevinmək üçün, Digəl ki, üzümdə yox təbəssüm!
Verse: Dalğaların istiqaməti, Bu sevginin əsdi qaməti, Qaytar mənə saf məhəbbəti, Qonsun dodaqlarıma təbəssüm! Öz içimdə iki yerə bölünürəm, Şəkillərdə dərdli görünürəm, Ürək deyir: Boş yerə döyünürəm, Əgər üzdə yoxdursa təbəssüm! Mən dünyanın bir zərrəsi, Dağ boydadır hər zərbəsi, Məna verməz son səhifəsi, Əgər içində çoxdursa təbəssüm! Ala gəlyanı bir az tünd doldur, Mənə az qalıb gəl özün öldür, Yenə jest elə, məst elə güldür, Artıq üzümdə var təbəssüm!
Chorus[X2]: Baş verilib düşünmək üçün, Ürək vurur döyünmək üçün, Gülüş doğur sevinmək üçün, Digəl ki, üzümdə yox təbəssüm!