BAHAR OLSUN
Ay üzün xoş sözün canım aldı yar
Baxışın könlümü oda saldı yar
Niyə bəs sən məndən üz döndərdin yar
Sözümüz əhdimiz harda qaldı yar
Nəqərat:
Qoy bizim dövranımız bahar olsun yar
Əhdimiz ilqarımız qoy var olsun yar
Ömrümün bu güllü bülbüllü çağında
Nə boran, nə duman, nə qar olsun yar
Ay gülüm gülşənim hər diləyim yar
Qoyma hicranını dərd eləyim yar
Bir deyək, bir gülək, bir şad olaq yar
Sənə qurban canım həm ürəyim yar
Elariz Mamedoglu еще тексты
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1