Xose ft. Elnarə – Uzaqlara Lyrics Həyatıma rəng qatan bir yenilik Bəzən ürəkdən sevirik, amma bunu bilmirik. Kimə səhf yol xoş gəlir, kimə düz Hər dəfə udmusan, bu dəfə uduz Qaranlıq otaq, mən birdə sükut Beyin səni yada salır, ürək deyir unud Ümid həmişə olardı indi görmürəm Səni hər gecə öpərdim indi öpmürəm Fikirlərim, arzularım dolub daşır, aşır Başım sanki bir ev, xəyallar onun sakinləri İblis əməli – piz, doymayan nəfis Vurulub sənə, mənə deyir sevgi bədii, xudafis…” Amma mənim çiynimdəki mələklər Ölənə qədər mənə kömək edəcəklər Nəqarət : Elnarə Apardı uzaqlara, məni gözlərin Gedirəm sənsiz hara?! Söylə könül həmdəmim Qəlbimə vurdu yara, sənin sözlərin Qorxuram yalqız qalam, gəl sevgilim… İblis salır yağışa, mələk verir çətir, İblisdən gələn üfunəti, mələk edir ətir. Bəsdir, bəsdir, sanki axrıncı nəfəsdir İblisin bir oynuna bax! Bu nə həvəsdir? Hər gecə yuxudan əvvəl min arzu, you Sən sanki alov, mən sanki su Sən sanki süb, mən sanki gecə Ağlayaraq, yağdıraram, yağışı səhv edincə Mən sanki gecə, sən sanki səhər Təbiət elə edibki görüşə bilmərik. Sevinc içində olsada bütün şəhər Çox heyifki biz səninlə sevinə bilmərik. Yaradan bizim sevgimizə çəkdi xətt, Çətin birdə bundan sonra, oyanar bəxt Ey, mələklərim hardasız? Qaçaraq, qoyduz məni darda siz… Nəqarət : Elnarə Apardı uzaqlara, məni gözlərin Gedirəm sənsiz hara?! Söylə könül həmdəmim Qəlbimə vurdu yara, sənin sözlərin Qorxuram yalqız qalam, gəl sevgilim… Hər gördüyüm qızda sanki səni görürəm, Aramızda olan divarı yerindən sökürəm mən Sanki bulud, göz yaşım – yağışdır, tökürəm… Məndə yaşamaq istərəm, Heyif ki, ölürəm..Heyif ki, ölürəm..Heyif ki, ölürəm.. heyif ki, ölürəm Nəqarət : Elnarə Apardı uzaqlara, məni gözlərin Gedirəm sənsiz hara?! Söylə könül həmdəmim Qəlbimə vurdu yara, sənin sözlərin Qorxuram yalqız qalam, gəl sevgilim… (x2)