Düşəndə yadıma sənli günlərim Sinəmdə həsrətdən ocaq qalanır. Başlanır dumanlı çənli günlərim Ömrümə qəmli bir ömür calanır. Xəyalım dolanır başımda mənim Səni harda gəzim harda arayım? Bu sevib sevilən yaşımda mənim Tanrıdan budurmu məhəbbət payim? Getdin gözlərində qəmli baxışlar Mənimlə danışıb gülməyəcəksən... Bəlkə gələcəksən yağan yağışla Bəlkə də heç zaman gəlməyəcəksən Xəyalım dolanır başımda mənim Səni harda gəzim harda arayım? Bu sevib sevilən yaşımda mənim Tanrıdan budurmu məhəbbət payim?