Düşəndə yadıma sənli günlərim
Sinəmdə həsrətdən ocaq qalanır,
Başlanır dumanlı, çənli günlərim,
Ömrümə qəmli bir ömür calanır.
Xəyalın dolanır başımda mənim,
Səni harda gəzim, harda arayım?
Bu sevib-sevilən yaşımda mənim
Tanrıdan budurmu məhəbbət payım?
Getdin gözlərində nəmli baxışlar,
Mənimlə danıışıb gülməyəcəksən.
Bəlkə gələcəksən yağan yağışla,
Bəlkə də heç zaman gəlməyəcəksən.
Xəyalın dolanır başımda mənim,
Səni harda gəzim, harda arayım?
Bu sevib-sevilən yaşımda mənim
Tanrıdan budurmu məhəbbət payım?
Elnare еще тексты
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 2