Dalğalar dənizdən nədən küsüb Sən məndən küsdüyün kimi Ləpələr sahildən uzaq düşüb Sən uzaq düşdüyün kimi
Sevgilim gəl uzat əllərini Sevgidən çağlasın dəniz Unudar bəlke də kədərini Qovuşar qalmaz sevgisiz
Bilməzdim bu qədər sakit olur Həsrətlə çırpınan dəniz Ağlarkən damlalar ləpə olur Çünki, mən qalmışam sənsiz Oynama, dənizimlə oynama Sən qaytar ona sevgini Oynama, ürəyimlə oynama Əzizim, incitmə məni
Dəniz dalğalarsız çağlaya bilməz Dəniz ləpələrsiz sahilə dəyməz Başqa kimsəni ürəyim heç sevməz Qayıt gəl, əzizim mənim Qayıt gəl, əzizim mənim Qayıt gəl, əzizim.