Düşdü Əbəlfəzlin adı dillərə Şiə fəda ol kəsilən əllərə Ey Əhli-beytə, səqqa Əbəlfəzl Babül-həvaic, mövla Əbəlfəzl Ey adı səqqa, özü ətşan ağa Kani-kərəm mənbəyi-ehsan ağa Parçalanan başuvə qurban ağa Dəryayi-fəzlin, məna Əbəlfəzl Ey atası Heydərə nuri-bəsər Can ağa eşqindən ürəklər əsər Dərdi olan adüvə qurban kəsər Eylə muradın, bərca Əbəlfəzl Ey geyən eşqilə vəfa caməsin Haq bəyənən iydəvü-bərnaməsin Parçaladın düşmən amannaməsin Etdin Yezidi, rüsva Əbəlfəzl Qoyma ürəklər qəm odunda yana Lütf eliyib baxsan Azərbaycana Məkkədə şiələr boyandı qana Yorğundu şiə, can ya Əbəlfəzl Səndən ağa lütfü-əta istərik Ruhə səfa dərdə dəva istərik Təzkireyi Kərbübəlan istərik Eylə bəratın imza Əbəlfəzl