Yağış yağır bu şəhərə, gör nə gözəl bir gecədir, Bir sən, bir mən bu şəhərdə, bir də yağışlı gecədir. Yağış yağır, bu ki, göyün sevgimizə heyrətidir, Bəlkə yağan yağış deyil, könlumuzun həsrətidir, həsrətidir.
Bu gün göylər nəğmə deyir, ürəyində sözü varmış, Bu məhəbbət nəğməsini görən hardan bilir yağış. Yağış yağır, bu ki, göyün sevgimizə heyrətidir, Bəlkə yağan yağış deyil, könlumuzun həsrətidir, həsrətidir.
Nəqarət: Bəlkə göylər bu torpağa sevgisindən söhbət açır, Yağış yağır, bu şəhərin gözlərindən yuxu qaçır. Bu şəhər də, bu yagış da, bu gecə də bizimkidir, Bu gecədən bizə baxan o səhər də bizimkidir.
Saçlarında, əllərində damcıların parıltısı, Qəlbimizə axıb gedir bu yağışın pıçıltısı. Yağış yagır bu ki, göyün sevgimizə heyrətidir. Bəlkə yağan yağış deyil, könlumuzun həsrətidir, həsrətidir.
Bu gün göylər nəğmə deyir, ürəyində sözü varmış, Bu məhəbbət nəğməsini görən hardan bilir yağış, Yağış yağır, bu ki, göyün sevgimizə heyrətidir. Bəlkə yağan yağış deyil, könlumuzun həsrətidir, həsrətidir.