İntro: İnsanlar dəyişməz. Sən yanarkən belə sənin ətrafına isinmək üçün toplanarlar. Bəli.. insanın özü belədir, əlbətdəki ona sən yox, səndən gələn xeyir daha maraqlıdır. Çünki.. çünki sən heçkimə maraqlı deyilsən.
Verse1: Addım at və asta ol, vuracaqlar bəlkə səni, Gücləndirən insanı da kürəyinə dəyən zərbələrdi, \"Hərşey mənasızdır.\" cümləsində məna var, Yıxılan anda yaramı görən, üzərimə duzla gəldi.
Ağıllanar mı insan itirdiyini qazananda ? Axsıyarsan... dost ayağıvı qazıyan anda, Doğrular olub baha, düz də yoxdu beyinə batan, Ucuzdu, bu dünyada insan üçün günaha batmaq.
Sadiq adam sözü ilə, gündə bir üz geyinirlər, Su altında yandırdığı qığılcımla bürünür odu, Tütün deyib aldadırlar insanı məhv edir deyə. İnsanı məhv edən, tütün deyil ümid olur.
Adamlıq da qalıb qırağda, yanındaki pulunu sayır, Səbr et sən, birgün sorarlar bunun hesabını, Bəlkədə yağışa da ehtiyacda qalmazdı, İnsanlar bu qədər kirli olmasaydı.
Chorus: BadClause (2x) Həyat verilir insana bir dəfə, Onu yaşa və bitir sən birtəhər, Düz yaşaki, üzün ola getməyə, Bir dəfə verilən, verilməz yenidən.
Verse2: Zamanla unudular unutduğun hərkəs, Bəs unutduğunu unutmaq ? -O sənlə birgə qaçar, Yerinə özünü qoymadan, bilmərsən. Çox gülən insanlar var, içləri paramparça.
Üstümdən əsdi külək, nə qədər zərbə dəydi kürəyə, Sevgi baxıb ilham alır, dəyir bax ilk ürəyə. Gördüyün, görmədiyin hər nə isə məsələ edib, Mənə məsləhət vermə, bu heç məsləhət deyil.
Var bəzi şeylər onları əvəz etmək olmur, Sevgilin solundan, \"dost\" dediyin sağından vurur, İnanma hər gələnə, o gün gələr, İndidən sənə deyimki, həmin zərbə sağlam olur.
Xasiyyətim belədir mənim, deyil aslı özümdən, Üstünə basaram əgər, düşən olarsa gözümdən, İnsanın insan olması üçün, getmə uzağa, İnsanlığı axtar sən, insanın özündə.