Gözəl günlərin davamı gəlmir sənsiz İsti gecələrim buza dönüb səssiz Gözəl günlərin davamı gəlmir sənsiz Mən istəyirəm alov, onu mənə verə bilmir nə dollar, nə euro Mən Mr.Blackblood, sən Mrs.BlackBerry Bir neçə saat əvvəl tapmışam sənin nömrəni Üstündən keçib iki il, dağınıq epizodlar Sən var idin onda, mən var idim və sevgi Gəlmişdin mənim ən təmiz və saf illərimdə Mən inanırdım ədalətə və boş ümidlərə Mənim obyektivimdə sən sanki foto model Həyatım iş, dərs, çətinlik, hotel Mən onda söz verə bilmirdim nə pul, nə villa 200 dollar bir ayıma çatırdı güclə Sən istəyirdin Paris, Monto Cristo, Tequila Mən isə qaranlıqda oynayırdım ülgüclə Mənimlə gəzəndə də axtarırdın X5-ləri Bağışla, ala bilmirdim sənə o vaxt gülləri Çətin günləri xatırlayanda gülürəm Amma hərdən səni yuxumda görürəm... Gözəl günlərin davamı gəlmir sənsiz İsti gecələrim buza dönüb səssiz Gözəl günlərin davamı gəlmir sənsiz Mən istəyirəm alov, onu mənə verə bilmir nə dollar, nə euro Mən Mr.Blackblood, sən Mrs.BlackBerry Bizim yarımçıq romandan iki il keçdi Taleyim dəyişdi, adi oğlan oldu STAR İndi mənim qarşımda açıq bütün qapılar Sənin o vaxt axtardığın hər şey indi var məndə Benjamin Franklinlə eləyirik şirin söhbətlər Bir gün USA ya Qara dəniz sahilləri Şöhrət və şan, sevgi, hamısını sənə verə bilərdim Girdiyin saytlarda mən, küçələrdə mən Rəfiqələrinin çoxu gözləyir məndən bircə zəng Evdə mən, çöldə mən, radio dalğalarda mən Amma heyif mənim həyatımda heç yoxsan sən Niyəsə mümkün olmadı səni unutmaq Hər yazdığım trekdə var sənə aid bir misra Sən istədin glamour, lüks həyat və dəb Amma ki, BlackBerry’nə gəlmir məndən zəng Gözəl günlərin davamı gəlmir sənsiz İsti gecələrim buza dönüb səssiz Gözəl günlərin davamı gəlmir sənsiz Mən istəyirəm alov, onu mənə verə bilmir nə dollar, nə euro