Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Flora Kerimova Ft Mirze Babayev - Senden Xebersiz | Текст песни

Dağların başına düşən qardır,
Dumandan xəbərsiz, çəndən xəbərsiz.
Sinəmi göynədən intizar dumanı,
Qəlbimdən xəbərsiz, məndən xəbərsiz.

Qırdım öz əhdimi mən bilə-bilə,
Haqqın var, yanımdan keç gülə-gülə,
Əriyim oduna, qoy, gilə-gilə,
Mən səni sevmişəm səndən xəbərsiz.
Mən səni sevmişəm səndən xəbərsiz.
Mən səni sevmişəm səndən xəbərsiz.

Gör, mənim qismətim mənə nələr verir,
Uzaq sahili də yaxın gələrmiş,
Sən demə, dağlar qar ələnərmiş,
Dumandan xəbərsiz, çəndən xəbərsiz.

Qırdım öz əhdimi mən bilə-bilə,
Haqqın var, yanımdan keç gülə-gülə,
Əriyim oduna, qoy, gilə-gilə,
Mən səni sevmişəm səndən xəbərsiz.
Mən səni sevmişəm səndən xəbərsiz.
Mən səni sevmişəm səndən xəbərsiz.

Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
Нет видео
-