Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Güntay Gəncalp - Dədə, mən Bozqurd oldum! | Текст песни

http://vk.com/azerbaycanmusiqisi

Dədə, mən Bozqurd oldum!

Alpərənlik halları içərimə töküldü,
İçərimdə mutluca bir dan yeri söküldü,
Əsarət iblisinin beli sındı, büküldü,
Ərənlər tərəfindən doğru yola qoyuldum,
Mənə xeyir dua ver, Dədə, men Bozqurd oldum!

Savalanın başında üzü göyə uladım,
Ulu Tanrı qatına varım deyə uladım,
Altaylara ulaşmaq üçün yenə uladım,
Bir Yallı səsi gəldi, uzaqlarda duyuldum,
Oğuz xan çağrı yapmış, Dədə, men Bozqurd oldum!

Damarımın içində Cəngi səsi dolaşır,
Çengiz Xanın cəsarət ve yasası dolaşır,
Beynimdə Əmir Teymur iradəsi dolaşır,
Mən Türk soyuma döndüm, doğru yolumu buldum,
Men dağlara qalxıram, Dədə, mən Bozqurd oldum!

Mən Babək Xurrəmdinin soyundanam, Türkəm, Türk,
Ulu Dədəm Qorqudun boyundanam, Türkəm, Türk,
Göytürklərin özündən, toyundanam, Türkəm, Türk,
İstiqlal aşiqiyəm, istiqlala vuruldum,
Duyğularım qabardı, Dədə, men Bozqurd oldum!

Savalanda qurtuluş şərqisini eşitdim,
Mən istiqlal əsgeri olmağa yəmin etdim,
Haqqdan bir çağrı gəldi, men haqq yoluna getdim,
Mən Babək qalasında amacımla buluşdum,
Qurtuluşçu eşqimlə, Dədə, men Bozqurd oldum!

Həmədandan Təbrizə, Urmiyədən Zəncana,
Axın edir qalaya millət bütün, ay ana,
Mən də verdim könlümü yurdum Azərbaycana,
Mən öz ruhum içində bütövcə bir yurd oldum,
Mənə xeyir dua ver, Dədə, mən Bozqurd oldum!

Bütün ulusu çağır, çağır, Babək qalası,
Ruhumuza da işıq yağır, Babək qalası
Bağır da bağır, bağır, bağır, Babek qalası,
Qalada bir Türk deyir: həqiqətimi buldum,
Köləlikdən bezginəm, Dədə mən Bozqurd oldum!

Ana, mən Bozqurd oldum!

Güntay Gəncalp еще тексты


Видео
Нет видео
-
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1