Necə-necə ərz eləyim məğzimi yarə, Ərzimi bənd eləyib eləsin çarə, Necə-necə şərab olur üzüm suyundan, Bəsləsən atlas olar tut yarpağından.
Aşiqəm, gözdə qara, göz qara, qaş qara, Yolunu gözləməkdən qalmayıb gözdə qara, Səbr elə, halva bişər ey qora səndən, Bəsləsən atlas olar tut yarpağından.
Necə-necə şərab olur üzüm suyundan, Bəsləsən atlas olar tut yarpağından.