Sənlə olan günlərim yadındamı sevgilim, Yadındamı o anlar, aramızda olanlar, O zaman sevgimizdə yaşananlar. Unutmadım heç zaman, yadımdadır hər bir an, Necə deyib gülərdik, hər şeyi tən bölərdik, And içib sevgimizə əhd edərdik.
Söylə mənə sevgilim, ayrılığa dəyərmi, Gör nə hala düşmüşük, dəyərmi heç. Həsrət yamandır yaman, bu əzaba dəyərmi, Sevgisiz yaşamağa dəyərmi heç.