Bizə isti baxışlarla baxır səhnə Sağaldıqca yara, unuduldu səhvlər Hər nağılın bir sonu, Sevincli səhifə Ama mən yenə yenə tənha
Neçə günəş gərəkdi, ürəyimi isitmək üçün Neçə dəniz yuya bilər , yaddaşımı ve günahlarımı Neçə külək gərəkdi , göz yaşlarımı qurutmaq üçün Neçə mələk gərəkdi, sənin gözəlliyini unutmaq üçün Neçə sınıq saat gərəkdi , bu zamanı saxlamaq üçün Neçə bəyaz yastıq , hönkürüb ürəkdən ağlamaq üçün Neçə qanad gərəkdi, çırpınım uçum ulduzlara Neçə qıfıl gərəkdi, ürəyi birdəfəlik bağlamaq üçün Neçə yagış gərəkdi, qurumuş hər ağac çiçəklə dolsun, Neçə bulud gərəkdi, qar dizə kimi gecəylə dolsun, Neçə məzar gərəkdi, dolsun içinə bütün ümidlər, Meyidlər rahat yatsın, deyin neçə döşək gərəkdi Neçə vərəq gərəkdi, neçə qələm gərəkdi, Kağıza mürəkkəb , həyat çox murəkkəb, çətindi düzəltmək Yaranı sağaltmaq , kədəri azaltmaq , əzabı qısaltmaq Dünyanı əksinə firlatmaq üçün neçə külək gərəkdi?
Bizə isti baxışlarla baxır səhnə Sağaldıqca yara, unuduldu səhvlər Hər nağılın bir sonu, Sevincli səhifə Ama mən yenə yenə tənha!
Neçə əsgər lazımdı , səngərlərimiz boş qalmasın deyə Neçə xəritə lazımdı bizə , millət yolunu azmasın deyə Neçə kapsulada dərman ki, yaralarımızı keyitsin bir neçə müddətlik Neçə fərman ki, təbəssüm çöksün üzünə xalqımın bəlkə bir həftəlik Neçə demokratik uçuş gətirən təyyarələr, neft dalınca Neçə zolaqlı bayraq xilas edəcək bizi görəsən ən dar anda Neçə kilsədə məsciddən qorx, qaç deyəcək dünya hələ bizlərə Neçə propoganda basdılar beyinlərə Hollywood dönəcək siyasətə , Neçə irqdən insanlar qıracaq bir- birini ancaq dəri rənginə görə Neçə cüt göz basdıracaq umidlərini, oğlu-qızıyla birgə Neçə vəhşiliyin şahidi insanlar, dönəcəklər manyaklara Neçə nüvə silahı nüvələrin sayı qədər ac insan batacaq səhrasında Neçə fitnə, neçə soyqırım Neçə tonqal, neçə min edam Neçə isğal, De susum ya qışqırım? İSTEHZA qoxan alqışlara Neçə zindan namus qoruyanına Ömürlük həbs, eliktik stulları.
HOST Alliance (AiD, Jamal Ali, Qaraqan) - Neçə ... Bizə isti baxışlarla baxır səhnə Sağaldıqca yara, unuduldu səhvlər Hər nağılın bir sonu, sevincli səhifə ...