HOST(PRoMete, AiD)ft.Dayirman (Miri Yusif,L-Mir) - Mən qayıdacam, can
(Verse1:PRoMete) Kömək üçün uzanan hər əl geri boş dönür Nəsə hər kəs agressiv, elə bil azalıb, sevgi sönüb Yada kölgə boy atıb Üstümüzdə haqqı olan hər kəs nəsə çox minnətbaz olub Daha çox minnətdar olum Daha çox çalışım gərək cənnətdən olum Yoxsa ki zülm-i cəhənnəm burda da var Orda da bunu daşımalı olacaq bu boyun Bu oyun heç-heçəyə qalmır heç vaxt Bura necə gəlmisənsə eləcə də ora gedəcəksən Sən öl hələ səni sevəcəklər, bəlkə heykəl də qoydular Amma hələ ki, döz, qoy dərivi də soysunlar Diri-diri basdırsalar da əsas dastan qoşsunlar
(Chorus: Miri Yusif; AiD) Ürəyim tək deyil - parçalanmış qəlblər arasında Həyat mənə güc verir - o xoşbəxtdi, ancaq, yuxusunda Bu hisslər fikirlər ancaq mənə döz deyir, Amma, mən yaşayacam...
(Verse2: AiD) Həyat hər açıdan bir cür görünür Əslində necə düz görünür Əyri yolları gedən biziksə İtən biziksə, səbəbkar kimdi? Qorxmuram ki, bitər sözlərim Bitməz nə qədər görür bu gözlərim Yanındayam, ürəyini sıxma Hara getsəmdə bil qayıdacam Cizgilərim çox vaxtsız qocalır saralan yarpaqlar kimi Qəlb günahsız uğrunda qanlar tökülən torpaqlar kimi Sən gül hələ, sən yaşa hələ Gözlərini qırpma gün düşsə belə Vaxt ötsə belə, gec deyil yaşamaq Gör nə qədər sənə inanlar var
(Chorus: Miri Yusif; AiD) Ürəyim tək deyil - parçalanmış qəlblər arasında Həyat mənə güc verir - o xoşbəxtdi, ancaq, yuxusunda Bu hisslər fikirlər ancaq mənə döz deyir, Amma, mən yaşayacam...
(Verse3: L-Mir) Biz hələ çox şeyi verəcəyik qurban, əsas olanı dərk etmək üçün, Axtaracayıq bəhanələr, vətənimizi tərk etmək üçün. Hələ çox şey qalacaq xəlvətdə, üzdə ola-ola, Çəkəcəyik cəza, günah əlbəttə sizdə ola-ola. Bakının havası hər dəyişdikcə, bil sənin də dəyişəcək donun, Marağlıdır görəsən nə cür qalacağsan yaddaşında onun. Sabah bizi xatırladan bir şey olacaqsa onda lağ-lağ lətifələrdir, Gözündən tək yaxşılığın gəlir, Bakı, kaş yaş gələrdi.
(Chorus: Miri Yusif; AiD) Ürəyim tək deyil - parçalanmış qəlblər arasında Həyat mənə güc verir - o xoşbəxtdi, ancaq, yuxusunda Bu hisslər fikirlər ancaq mənə döz deyir, Amma, mən yaşayacam...
Yadıma düşəndə, gözümdən düşəndə, səmadan düşəndə Mən qayıdacam, can...