Ölülərim sevinsin, gəldi Tanrınız! Əsrlərlə, qəddarcasına alovlarda yandınız Yox olmuşam sandınız,amma artıq burdayam Çox amansız, çox qəddar cəzalar arzusundayam Gəlmələrin ruhuyam, səmalardan gəlmişəm Qaranlığıma bağlıyam, mən Maranı sevmişəm Dirilərdən bezmişəm, onlar üçün kor yuxuyam Cansızlıqdı dərdiniz, sizlər üçün oxuyuram
Ağlama, yaşla dolar qanı içilmiş qəlbiniz Söz demə duyan olar var özünüzdən sirriniz Çətindimi yaşamaq - günahsız, sevgisiz?! Küləklidir həyat yolunuz, gəmilərsə yelkənsiz Ölülərimin cərgəsinə, namizədsiz hər biriniz Diliniz yedizdirir yalan yeyən qarğaları Kəşf etdim daş ürəklərdə boş məzarları Hiss etdim cənnətdən uzaqlaşan tayfaları Qayaları parça-parça etməyə qadir insan! Nə acizsən duyğularda qorxu görüb ağlayanda, Tənhalıqdan qışqıranda əl uzatdım istəmədin Sən HƏYATSAN, mən ÖLÜMƏM, ağlayacan qovuşanda İnanmadın, yox ol dedin, xoşbəxtsənmi bu həyatda?! Milyonlar üçün əsir oldun, qeyb olmusan sarmaşıqda Dua etdin, göz istədin - ALLAH verdi bəyənmədin Can istədin - onuda verdi, fitnələrdən bezmədin! Gündüzlərə göz yumuldu, gecələrdə həsrət qaldı İşiqa, inama nifrət vardı, qulaqlarda qeybət vardı Ümid vardı sandı - yandı, qanda xeyli igid vardı Cənnət əhli darıxırdı, orda tənha şəhid vardı Bəs nə oldu? Gözün doldu, bu tək yoldu, yolda koldu Qaradonlu QARĞA qondu, taxta qondu, qanını sordu Güclü ordu gözünə durdu, mən deyildim üzünə durdu Qəddar tələ izinə qurdu, tab gətirmir artıq sondu!..
(verse:Dərviş) Barmaqları çürümüş bəstəkarın nəğməsi, yara basmış dilimdə, Hər gecə onun səsiylə, ağrılarla oyanır qara DƏRVİŞ içimdə. Ağlıyır heç vaxt ağlamayan susuz çöllərim, Keçmiş, itmiş izlərim, Bağırdım, bağırtım ağrımla bağrımı yandırdı, yandı hisslərim. Tərkidünyalıq. Əzablarla dolu boxça qırışmış əlimdə, İllərlə yaşadığım, yaşatdığım basdırılmış hisslər bükülmüş belimdə. İzdiham içində getsəm də, getməsəm də, itsəm də, itməsəm də, Onsuz da yorğun baxışlar çevirdi həyat düşüncələrimi başqa səmtə. Ağlama dedim, amma ağladı, qulaq asmadı göz yaşlarım gələcəyimi görən kimi, Bilən kimi ki, həsrət sonu ünvan olub kədər bunu gülə-gülə deyən kimi. İtən kimi sevinc möhürləri həyat