Ömrüm davamlı addımlardı Mənimə hakim kəsilmiş aritmiya Ritmi pozan yoluma girənlərdi, Yolumdan çıxanlardı. Dünəni unutmaq adət halına çevrilib Xronika amneziya Hər addım yeni yol yoldaşıyla müşayiət. Dünən dost olan bugün artıq mənimlə addımlamır, Dünənim bugünümə etmir sirayət, Deməli, azadam qaranquş tək, Rahatam,yoxdu dostum. Öz yolumda tərk olunmuş tək Dünən bir sevgilim var idi, Bir az yoruldu, Oturduuu,oturduuum. Ritm pozuldu. Aldım qucağıma, Razı olmadı. Dedi burax get! Tərk etdim! O rahat, mən azad. Bir neçə ümid də basdırıldı həmin gün. Amma çox tez unuduldu. Qulağın məndə olsun! Bu dəqiqə sənsən dostum. Zamanı dondur bacarsan, Qoy hər şey donsun, Ümidlər doğrulsun! Günəş sönsün! Qaranlıq! Boş masa Üstündə bir şam. Əldə məktub! 3-cə kəlmə yazılı: GÖZLƏMƏ! BAĞIŞLA! ƏLVİDA!
Əlvida, nazlı ümidlərim, Əlvida Əlvida mən gedirəm amma ağlama, Əlvida, Yandıraraq körpüləri, Gedirəm sona çatıb əsərim.
Qaranlıq vağzal, heykəl sərnişinlər, Bu yerdə neçə ürək qırıldı, Neçə sızılti inlər. Belimdə günahlar, Torbamın içində sınıq qəlbim, Əllərimdə qan. Nəyim var ki, məni də məndən aldın. İndi boş hədiyyə qutusu kimidi həyat. Gözləməkdə hər kəs, Öz boş içini bəzəklərlə gizləməkdə. Bezdim dəmir qəfəsdəki qanadlı arzudan, Taleyimlə püşk oynamaqdan Bezdim ağrıdan. Gedirəm qaranlıq şəhərin xəstə küləklərindən, Gedirəm məni sevənlərin içindən ürəklərindən. Gedirəm, bu torpaqda bitmədim mən, Bu cəmiyyət anlamadı. Və gedirəm ilk qatar hara aparsa fərqi yoxdu. Əlvida, doğma pəncərələr, Əlvida Əlvida, ulduzlu gecələr, Əlvida Gedirəm Divardakı rəsmlərimi tullayarsız, Yazdığım şeirləri də kim istəsə paylayarsız. Güldürərsiz sevgilimi darıxıb ağlayanda, Yandırarsız çadırı kimsə yas saxlayanda. Lazım deyil quru hörmət, Mənə doğma faciəm. Əlvida, sonuncu misra sənlə bitdi qafiyəm!