[skit - PRoMete] Buzxanalar indi insanlardan soyuğluğun formulunu öyrənir Münasibət qurmağ yox, münasibət qırmağ erasında yaşayırığ Siz də soyuqdan donmamış üstüvüzə qalın bir şeylər geyinin Az gəlsə birazda qalın,az gəlsə birazda qalın …
[verse1 - PRoMete] Boş daxmaların qıfıllarınnan Araba düzəldib yola çıxdım Xoş anamın sığallarınnan Ayrılıb yollarda yoxa çıxdım
[chorus - PRoMete] Arzular çox böyük amma Dünyada sərhədlər var Doydurublar bizi şirin yalanla Acı acı gerçəklar var Arzular çox böyük amma Dünyada sərhədlər var Doydurublar bizi şirin yalanla Acı acı gerçəklar var
[verse2 - AiD] Hər günü eyni yaşamağdan bezdim Vərdişləri qırmağa başladım Oturmağdan yorulmuş ayağları Gəzməynən yormağa başladım Yol cızdım özümə Mənə cızılan yolları pozmağa başladım Və anladım ki gec qalmışam 2008 il Elə bu annan qaçmağa başladım
[verse3 - PRoMete] Mən özümü itirdim bu yollarda Məni tapın anama verin mənimi Deyin özü də gələcəy Sərhədləri silərəy Əsən hər küləy Gətirəcəy lələy
[chorus - PRoMete] Arzular çox böyük amma Dünyada sərhədlər var Doydurublar bizi şirin yalanla Acı acı gerçəklar var Arzular çox böyük amma Dünyada sərhədlər var Doydurublar bizi şirin yalanla Acı acı gerçəklar var
[verse4 - AiD] Mən sənin ümidivin baş hissəsi Sən yaralarından aralana bilmədin Dən düşəndə ağaran saçlar Səni qara baxışdan uzağda qoymadı Sən qızıl qəfəsin içində bülbül Endiyin dərələrə zirvələr endi İtdi bitən ömrüvün səs sorağı da Qara ləkə sayılır sərhədlər indi