Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Host - Bir də başdan | Текст песни

Bilirsiz, mən bu gecə bir fikrə gəlmişəm. Daha doğrusu sizinlə razılaşmaq istəyirəm.
Sən? Nə razılaşma? Axı sən...
Yox, yox diyanın! Axı mən sizdən bu vaxta qədər heç nə istəməmişəm. Birinci dəfədir sizdən bir şey istəyəcəm. Və son dəfə. Söz verirəm, son dəfə!
Yaxşı, buyur...
Nolar, hər şeyi geri qaytarın!..
Başa düşmədim?!
Mən başdan başlamaq istəyirəm...
Aparın bunu öz palatasına!
Söz verirəm, hər şey başqa cür olacaq...
Aparın bunu!
Mənə inanın....
Necə asan olardı hər şeyi almaq olsaydı geriyə
Bir də başdan
Ya da elədiklərini silmək bacarığı olaydı kaş ki yaddaşdan
Nə ürəklər olardı onda buz parçası nə oynanılardı oyunlar
Nə anlaşılmazlıqlar olardı nə də ki heç kimdə olmazdı baş daşdan
Necə asan olardı hər şeyi almaq olsaydı geriyə
Bir də başdan
Beləcə sərhədlər də yığışardı olmazdı möhkəmdən yavaşdan
Ya da məftillərdən körpülər tikilərdi tikanlar sökülərdi
Aralı qalmazdı bir də heç vaxt qardaş qardaşdan
Necə asan olardı hər şeyi almaq olsaydı geriyə
Bir də başdan
Onda evim olardı çox sadə ya taxtadan ya da qamışdan
Hər şeyi özümə dərd eləməzdim dəli olardım dərdimi çəkərdilər
Ya da özümü öldürərdim bu sosial quruluşlar qurulmamışdan
Necə asan olardı hər şeyi almaq olsaydı geriyə
Bir də başdan
Dilinizi yalandan təmizlərdim içimizi qorxudan təlaşdan
Başa salmağa çalışardım ki adəm övladı bu cür hərəkətlər yaraşmaz
Ya da olmasa göyərçin olub sizi qurtarardım bu qanlı savaşdan
Necə asan olardı hər bir addımımda tutan olsaydı əlimdən
Düşünsəydilər yerimə ən xoş sözləri desəydilər amma dilimdən
Yəgin bu ən unudulmaz hiss olardı hər kəsə özün qədər doğma görünmək
Amma bacara bilmirəm mən palaza bürünüb elnən sürünmək
Necə asan olardı istəyəndə çönüb olmaq insan yox kölgə
Hər kəsi mümkün olsaydı sezmək,səni mümkün olmasaydı görmək
Hamıya ürəyimdən keçəni deyərdim onda çəkinmədən bəlkə
Qorxutmazdı məni nə hədə,nə də qorxu,nə də heç bir təhlükə
Necə asan olardı istəmədiyin səsləri mümkün olsaydı söndürmək
Ya da xoş olmayan xatirələri bir anda boğub,məhv edib öldürmək
Onda olmazdı yer üzündə nə cinayətlər,nə cəzalar,nə türmə
Nə gözüyaşlılar olmazdı nə də qəmlilər asan olardı güldürmək
Necə asan olardı h<

Host еще тексты


Видео
Нет видео
-
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1