Sürücü gözündə üstündə 20 yazılı bir qəpik
Rəqibimiz gözündə adi yaxşı ya da ki pis təpik
Müəllimin gözündə parta arxasında bir obyekt
Jurnalist gözündə sual-cavab adi bir anket
Bankirin gözündə kredit, bir illik, on illik
Sığorta işçiləri gözündə pul əvəzində əminlik
Dərinlik neft çıxartma institunda bir boruq
Biz kimik, kiminçün üstündən keçiləsi bir yoluq
Biz kimik ki, əbədi gözəlliklər içdə bir ləkə
Üstünük biz elə düşünürük odu ki, nəfsimiz yekə
Bəxtimiz, ümidimiz bağlı daim bir tükə
Qoşulmuşuq kainatda insan adlı bir yükə
Adamyiyən yığımı sanki bütün şəhər, bütün ölkə
Onların gözündə düzdü biz də yağlı bir tikə
Görən varmı təhlükə, gecikməmiş tez qaçsaq
İnsan deyilik mövzusunda söhbəti biz açcaq
(Chorus: Jamal Ali)
Yüz sədd var yollarımda, düz səhv var mənim ağlımda
Ayaqlarımda hələ güc var, zirvəyə tərəf sürünməyə yetər(x2)
(Verse2: AiD)
Yenə də mən dilimin ucuna sözümü düzürəm yüzünün üzünə deyirəm
İstər əbədi, istər ani fikirlərdə mən tək üzürəm, bir əlimdə əlcəyimlə
O biri əldə mikrafonla, həyatım adlı marafonda, heç bir taxta həris olmuram
Qayıdaq söhbətə, biz kimin gözündə nə yerdəyik
Bəzi valideynlər gözündə iş birliyinə vasitəyik
Sənin qızın, mənim oğlum, göbək kəsdi, verdi, getdi
Elə bil ki, insan deyil, personajdı - sega, dendy
Ağıl deyil başda fendi, qızların çoxu manikendi
İnstituta gedir evlənməkçün, sino gedirsülənməkçün
Qeyrət hissi dirilib indi, təklənib və döyülüb indi
Siqaret boyda düdüklərdə siqaret çəkib böyüyüb indi
Görünüb indi, nəhayət qollarımda qanadlar
Yerə mi endi fəlakət adlı gəlmə qonaqlar?
Kanallar, qoy bu söhbəti çəkməsin!
İnsan deyilik mövzusunu efirə verməsin!
(Chorus: Jamal Ali)
Yüz sədd var yollarımda, düz səhv var mənim ağlımda
Ayaqlarımda hələ güc var, zirvəyə tərəf sürünməyə yetər(x4)
H.O.S.T еще тексты
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1