Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

H.O.S.T. - ELVİDA | Текст песни

Yol, uzun bir yol.
Ömrüm davamlı addımlardı
Əlimə hakim kəsilmiş aritmiya
Ritmi pozan yoluma girənlərdi,
Yolumdan çıxanlardı.
Dünəni unutmaq adət halına çevrilib
Xronika amneziya
Hər addım yeni yol yoldaşıyla
müşayiət.
Dünən dost olan bugün artıq mənimlə
addımlamır,
Dünənim bugünümə etmir sirayət,
Deməli, azadam qaranquştək,
Rahatam,yoxdu dostum.
Öz yolumda tərk olunmuş tək
Dünən bir sevgilim vari idi,
Bir az yoruldu,
Oturduuu,oturduuum.
Ritm pozuldu.
Aldım qucağıma,
Razı olmadı.
Dedi burax get!
Tərk etdim!
O rahat, mən azad.
Bir neçə ümid də basdırıldı
həmin gün.
Amma çox tez unuduldu.
Qulağın məndə olsun!
Bu dəqiqə sənsən dostum.
Zamanı dondur bacarsan,
Qoy hər şey donsun,
Ümidlər doğrulsun!
Günəş sönsün!
Qranlıq! Boş masa
Üstündə bir şam.
Əldə məktub!
3-cə kəlmə yazılıb:

GÖZLƏMƏ! BAĞIŞLA! ƏLVİDA!

Əlvida, nazlı ümidlərim, Əlvida
Əlvida. mən gedirəm. amma ağlama,
Əlvida, Yandıraraq körpüləri,
Gedirəm sona çatıb əsərim.

Qaranlıq vağzal, heykəl sərnişinlər,
Bu yerdə neçə ürək qırıldı,
Neçə sızılti inlər.
Bnelimdə günahlar,
Torbamin içində qırıq qəlbim,
Əllərimdə qan.
Nəyim var ki, məni də məndən aldın.
İndi boş hədiyyə qutusu kimidi həyat.
Gözləməkdə hər kəs,
Öz boş içini bəzəklərlə
gizləməkdə.
Bezdim qəfəsdəki qanadlı arzudan,
Taleyimlə püşk oynamaqdan
Bezdim ağrıdan.
Gedirəm qranlıq şəhərin xəstə
küləklərindən,
Gedirəm məni sevənlərin içindən
ürəklərindən.
Gedirəm, bu torpaqda bitmədim mən,
Bu cəmiyyət anlamadı.
Və gedirəm ilk qatar hara aparsa fərqi yoxdu.
Əlvida, doğma pəncərələr, Əlvida
Əlvida, ulduzlu gecələr, Əlvida
Gedirəm
Divardakı rəsmlərimi tullayarsız,
Yazdığım şeirləri də kim
istəsə paylayarsız.
Güldürərsiz sevgilimi darıxıb ağlayanda,
Yandırarsız çadırı kimsə yas saxlayanda.
Lazım deyil quru hörmət,
Mənə doğma faciəm.
Əlvida, sonuncu misra sənlə bitdi qafiyəm!

Əlvida, nazlı ümidlərim, Əlvida
Əlvida. mən gedirəm. amma ağlama,
Əlvida, Yandıraraq körpüləri,
Gedirəm sona çatıb əsərim.

H.O.S.T. еще тексты


Видео
    Нет видео
    -
    Оценка текста
    Статистика страницы на pesni.guru ▼
    Просмотров сегодня: 2