Mənim Esmeraldam tətiyi bir az bərk sıx Son arzum bir qurtum su yanağına bir az zər tök Payızdan sağ çıxan tək yarpaqlar möcüzəydi Bu qədər gözəl qızın dilənməyi də möcüzəydi Möcüzəydi sanki fırıldaq bir sehirbazın illuziyası Gözəl idi sanki renesans dövrünün florensiyası Sürreal hər bina hər daş hər səki dumanlı örpək Gördüm və durdum yorğun baxışlar bir anlıq pəltək Barmaqlarıma qulaq as ,tərs qələm, yaz, ancaq düzün yaz Payızdır amma bəzər çiçəklər qızın üzün yaz Mənim əziz dilənçim mənim yetim şəhzadə qızım Danış mənə həyatıvı danış ətraflı uzun Danış necə sərxoş atan səni bir gecə küçələrə atdı Danış necə soyuqdu səkilər necə ağır həyatdı Danış çirk paltarından üstündəki ləkələrdən Danış sevinc gəmivi batıran qəddar ləpələrdən Mənə Danış quru çörəyin dadından əl açıb dilənməkdən Mənə Danış bəzənmiş qızların yanında utanıb ölməkdən Mənə Danış balaca bacından, mənə danış xəstə anandan Mənə Danış yarısın səmimi yarısın yalandan Gizlət məndən dükandan bir dəfə yaylıq oğradığıvı Gizlət məndən hər nahar suya çörək doğradığıvı Gizlət məndən o gecə biqeyrətlərin sənə əl atmağını Gizlət məndən uşaqların sənə barmaq uzatmağını Gizlət məndən adıvı mənə ruhundan danış Gizlət məndən iradəvi mənə qorxundan danış Mənə Danış yuxularında gördüyün gəlin paltarından Mənə Danış qaraçı nəslindən vətən yurdundan danış İndi çox pis zamanə yox elə həmişə pisdi Sənin zümrüd gözlərin sevgi dolu baxışın isti Mənim tüklərim indi biz-biz həddi aşdım keçdim Şəhzadələr içində yorğun gözlər səni seçdi İndi mənə rəhm elə sən, qoy bir az mən danışım Danışım, pul çirki ilə bozarmış qəlbdən danışım Danışım boş otaqda üstümə gələn divarlardan Danışım var-dövlət adlanan dəmir hasarlardan Danışım çirkin cəmiyyətdən, bu qədər süni ətrafımdan Danışım diplom şəxsiyyət vəsiqəsi kağız həyatımdan Danışım nəzir qutusunun içində gizlənən Allahımdan Danışım azadlığın pencək altı fəryadından Danışım günahlarımdan, savablarımı gizlədim Danış