İstəmirəm LCD ekran televizor, 600 kanal İstəmirəm 8800 polifonik tonal İstəmirəm Adidas Versace Dolce Gabbana İstəmirəm həm dəbli geyim həm dəbli saç uyğun zamana İstəmirəm McDonalds BigMac Pizza Portofino İstəmirəm tuz oğlu olum nə də ki arlekino İstəmirəm villa ömürlük sığorta İstəmirəm qonşu ac olanda gedim kurorta İstəmirəm tülkülərdən sonra yuxarı qoyunlar gəlsin İstəmirəm yasım olsun tanımadığım qohumlar gəlsin İstəmirəm populyarlıq şöhrət hamı məndən danışsın İstəmirəm məndən başqa həyatıma kimsə qarışsın İstəmirəm demokratiya İstəmirəm restavrasiya İstəmirəm azad seçki, dünyaya inteqrasiya İstəmirəm qərb mədəniyyəti avropasayağı toy İstəmirəm oğlum desin bir gün:Ata, oldum ‘qoluboy’. İstəmirəm valideyinlərimin puluyla özümü saxlıyım İstəmirəm yalandan gülüm, ondansa içdən ağlıyım İstəmirəm ölüm geciksin ya da ki tez gəlsin İstəmirəm döyüş vaxtı yataqda gözümü bağlıyım İstəmirəm gücüm artsın – artsın ondansa cəsarət İstəmirəm pullarda xoşbəxtlik, kağızda ədalət İstəmirəm sevgi xəyanət sonu hamısının İstəmirəm gələcəyimə falçı baxsın İstəmirəm yəkəpər bədən ondansa sürətli zərbə İstəmirəm sizdən alqış İstəməyin məndən səhnə İstəmirəm fərqlənmək fərqli görsənmək üçün İstəmirəm yalan hörmət içində gizlənmək üçün
İS [istiqamətim fərqli] TƏ [tərki-dünya qara dərviş] MİR [miras qaldı mənə keçmişim] ƏM [əmrimə sadiqəm] Hәr sәyfә mәnim, mәn dә sәyfәnin O, mәn, birdә әldә qәlәmim Söz güclü amma deşmәz düşmәni Tut baş hәriflәri, budur mәnim … stəmirəm dörd təkər ona-buna şou göstərmək üçün İstəmirəm pulla alınmış diplom ağıllı görünmək üçün İstəmirəm yaşayım ömrümü valideyinlərin hesabına İstəmirəm istəməsəm də şahid olum gəncliyimizin halına İstəmirəm şəhərdə hörmət əgər təsbehlə ölçülürsə İstəmirəm cəmiyətdə qiymət qiymət geyimə verilirsə İstəmirəm şan-şöhrət özümü gözə soxmalıyımsa İstəmirəm yaxşı oğlan olum çayxanada qocalmalıyımsa İstəmirəm rus dilini bilməyənə yuxarıdan aşağı bax