Öz Dünyam (verse: Qaraqan) Mənim içimdəki dünyadan da məni qovanda qəlbim Anladım ki bu dünyanı eləməliyəm öz dünyam Xəyallarda yaratdığım şəhzadənin çıxdım axtarışlarında boz binaların altında Döyüşlər,ölümlərlə üz-üzə dəyqələrin rəqsi Cəllad oldu əqrəblər saatrlarımın başını kəsdi Keçdi günlər tapdım ümidi mahnılarda Gecələrim,neçə soyuqda neçə payızda gecəni küçədə gecələdim Qaraladım,səpələdim sətiri doldu səyfələr Mən ümidi bağladım zəncirlə qaçmasın bu həftələr Bu pərdələr cırılacaq,bu divarlar da söküləcək Düşmənlərim bağışlanmaq arzusunda düzüləcək Mən inana bilmirəm ki tab gətirər başqa kimsə bu qədər dərdə Beynimin hücrələrini dağıdır şeytan şüphələrlə Qapısı bağlı Yaradanın,daş atanda pəncərəsinə Tutdu qəzəbi,qırdı qanadı,tulladı insan dərəsinə
(Nəqarət:) Beləcə keçirdi günlərim…
(verse:Qaraqan) Mən gəlməmişdən əvvəl mələylər verdilər silah Bu istedaddı sanki çiyinlərdə görünməz qanad Bu istedaddı köməyim olur amma qoymur yatmağa Mən gəlməmişəm şair olmağa yada ad ucaltmağa Mənnən zəhlən getsin,nifrət elə,istəsən söy məni! Necə danışmasın dilim əgər görürsə gözlərim? Necə gülüm əgər ağlıyırsa yetim körpələr? Necə xoşbəxt olum qəribəmsə doğma bölgədə? Bir qış,bir albom yanlız içimdəki hislər Mənə sual vermə cavabını artıq verib gözlər Mənə köməyi olmaz onda minnət edəcəksənsə Nəyə gərəkdi qürur axır əvvəl sevəcəksənsə Boş sualların cavabları da boş! Boş inamların savabları da boş! Allahları da daş! Gözlərində qış.Necə təbəssüm intaharlarında taqətsiz Yolçu qəlbim yollar ortasında istiqamətsiz.