Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

H.O.S.T - Prizma | Текст песни

Pesni.guru - сайт для Гуру

Bu səhnələr aman nədir bilmir

Açılır pərdələr, alın təri kəsilmir

Mikrafon əllərdə, sözlərimiz dillərdə

Üzümüz az tanınır, verse`lərimiz əzbərdə(x2)

(Verse1: AiD)

Düz məsafə mikrafonla qoy olsun hər zaman arada

Demə ki, rep yazmaq baxmır nə ağıla, biliyə, savada

Qulağın məndə indi burada amma ki, beynin hələ də havada

Dəyirman production HOST tərkibi tənqid dilimizdə hətta yatanda

Bu beat bizi fəth etdi, bizi belə dəli hərdən dirilən dərd etdi

Siz çox zamanı yalanın tavanından asıb dediz bizi mərd etdi

Biz həm sərt, həm yumuşaq mətn

Beyinlər qurban, tracklər qətl

Kim düz sözə görə bizi sevdi, kimə çox girdi ki, nifrət etdi

Lütdən gəz, damara narko, bura Avropa, bizə embarqo

Düz stil qalstuk, kostyum Lacoste

Beyinə gəlir ağıl via kargo

Kim çılğın, kim özünü gözə soxur

Kim "ağıllı uşaq" daim sözə baxır

Kim iylənib, çox-çox pis qoxur

İçindəki zibil burnundan axır

Kim söz üstə, kim səhv üstə

Kim qatil, kim cəmiyyət üstə

Kim haqq-ədalət, kim şər üstə

Kim var-dövlət, kim pul istər

Yarımçıq fikirlər arxasında qalan həqiqətlər mənə doğmadı

Amma mənim özümə güvənim mənim ümidimi, dar günümdə də tək bıraxmadı

(Chorus: PRoMete)

Bu səhnələr aman nədir bilmir

Açılır pərdələr, alın təri kəsilmir

Mikrafon əllərdə, sözlərimiz dillərdə

Üzümüz az tanınır, verse`lərimiz əzbərdə(x2)

(Verse2: AiD)

3 il staj, yüzdən çox track

Çox sayda görüş, bir neçə konsert

Ətrafda yüzdən çox HOSTçu vaxt keçdikcə üzə çıxdı

Kütlə arasından dolğun baxışlar, seçilir lap min nəfər olsa da

Bataqlıqdan da yer üzünə çağırışlar hədəfə çatdı yaxadan tutsa da çoxu

Bu izahatdı, deyil fəxriyyə

İstədiyimiz düz tərbiyə

Səhv beyinlər səhv yerə yozdu

Bir neçə düz beyin vardı fərqinə

Hater`lərə biz çox fora verdik

Uşaq-muşaqları daim yola verdik

Düşmənlərlə qol-qola verdik,onların içini yaxından bilməkçün

Kütləmizdən istifadə, ağlınızdan belə keçirtməyin

"HOST gəncliyinin sayı azalıb?" bunu arzulamaqdan belə vaz keçin

Bizə gərəkdi sağlam ruhlu gənc

Mütaliə, mənəvi inkişaf

Keçmişində olubsa belə iyrənc yol

Bağışlanar etsə etiraf

Tap paradoks bizim sətirldə

Öldür vaxtını bizim mətnlərdə

Sən yerində say biz gedək irəliyə

Xırdala keç


Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
Нет видео
-