Hər bir hədəfə addım-addım Ya qaç, ya geri qalacaqsan. Ya ol, ya öl yox şansın, Sən verməsən də gəlib alacaqlar.
[ verse - 1: PRoMete ] Ağ-qara dama kimi, fil kimi at Vəziyyəti elə qur ki, özünə ola yaxşı. Patdan keçib, qala qur, et mat Nə eləsən də deyəcəylər gətirir naxışı. Bu məkanda əziyyətin əvvəlində V - V for Vendetta! Hamı qəhrəman! Mətnlərin başı və əvvəli eyni Var oğlan, yox şərait, yox imkan. Bu gün artıq qapı açmır nə təpiy, nə qəpiy! Amma nəsə hər kəs qış yuxusunda. O qədər yatdıq, beynimizdə tutdu piy Boğuluruq ölmüş qeyrət qoxusunda. Kimisə başımıza tac eləməyə bir telekanalda bəs edir agetasiya. Qara kimi işləməydən dərimizin rəngi də dəyişəcək birazdan asimilyasiya.
[ chorus: PRoMete ] Hər bir hədəfə addım-addım Ya qaç, ya geri qalacaqsan! Ya ol, ya öl! Yox şansın, Sən verməsən də gəlib alacaqlar!
[ verse - 2: AiD ] Ayağımın altını qazmayın, önümü kəsməyəcəksiz! Nə qədər istəsəz də əyilməyimi görməyəcəksiz!. Bir trek əsl şillədi, digərisə təskinlik! Sona qədər dinləyin, yoxsa anlaya bilmiyəcəksiz! Beat üstə söz qoyduq, həm də çoxsun düz qoyduq! Hər bir divarda, hər ürəkdə biz bir iz qoyduq! Köz olub uğurumuz kiminsə gözünü yandıranda, Hər dəfə bizi görəcəksiz başınızı qaldıranda! Şəhərin “bomba” oğlanları ağzınız əyilib artıq, Qızlara söz atmaqdan mənliyiniz əriyib artıq! Heç vaxt dost ola bilməz poltergeistlə doll! Bulvar boş qalar, girişdə olsa facecontrol! Biz ideologiya qurmadıq ki, baxıb “bombadı” deyəsiz! Ya da ki, sözlərimizlə konsertdə dingildiyəsiz! Burulub yollarınız, elə bil burulğanda. Deyəsən həkimin əlindən düşmüsüz doğulanda?! [haha]
[ chorus: PRoMete ] Hər bir hədəfə addım-addım Ya qaç, ya geri qalacaqsan! Ya ol, ya öl! Yox şansın, Sən verməsən də gəlib alacaqlar!