Bilirsiz, mən bu gecə bir fikrə gəlmişəm. Daha doğrusu sizinlə razılaşmaq istəyirəm. Sən? Nə razılaşma? Axı sən... Yox, yox diyanın! Axı mən sizdən bu vaxta qədər heç nə istəməmişəm. Birinci dəfədir sizdən bir şey istəyəcəm. Və son dəfə. Söz verirəm, son dəfə! Yaxşı, buyur... Nolar, hər şeyi geri qaytarın!.. Başa düşmədim?! Mən başdan başlamaq istəyirəm... Aparın bunu öz palatasına! Söz verirəm, hər şey başqa cür olacaq... Aparın bunu! Mənə inanın....
Sözləri
Necə asan olardı hər şeyi almaq olsaydı geriyə Bir də başdan Ya da elədiklərini silmək bacarığı olaydı kaş ki yaddaşdan Nə ürəklər olardı onda buz parçası nə oynanılardı oyunlar Nə anlaşılmazlıqlar olardı nə də ki heç kimdə olmazdı baş daşdan Necə asan olardı hər şeyi almaq olsaydı geriyə Bir də başdan Beləcə sərhədlər də yığışardı olmazdı möhkəmdən yavaşdan Ya da məftillərdən körpülər tikilərdi tikanlar sökülərdi Aralı qalmazdı bir də heç vaxt qardaş qardaşdan Necə asan olardı hər şeyi almaq olsaydı geriyə Bir də başdan Onda evim olardı çox sadə ya taxtadan ya da qamışdan Hər şeyi özümə dərd eləməzdim dəli olardım dərdimi çəkərdilər Ya da özümü öldürərdim bu sosial quruluşlar qurulmamışdan Necə asan olardı hər şeyi almaq olsaydı geriyə Bir də başdan Dilinizi yalandan təmizlərdim içimizi qorxudan təlaşdan Başa salmağa çalışardım ki adəm övladı bu cür hərəkətlər yaraşmaz Ya da olmasa göyərçin olub sizi qurtarardım bu qanlı savaşdan Necə asan olardı hər bir addımımda tutan olsaydı əlimdən Düşünsəydilər yerimə ən xoş sözləri desəydilər amma dilimdən Yəgin bu ən unudulmaz hiss olardı hər kəsə özün qədər doğma görünmək Amma bacara bilmirəm mən palaza bürünüb elnən sürünmək Necə asan olardı istəyəndə çönüb olmaq insan yox kölgə Hər kəsi mümkün olsaydı sezmək,səni mümkün olmasaydı görmək Hamıya ürəyimdən keçəni deyərdim onda çəkinmədən bəlkə Qorxutmazdı məni nə hədə,nə də qorxu,nə də heç bir təhlükə Necə asan olardı istəmədiyin səsləri mümkün olsaydı söndürmək Ya da xoş olmayan xatirələri bir anda boğub,məhv edib öldürmək Onda olmazdı yer üzündə nə cinayətlər,nə cəzalar,nə türmə Nə gözüyaşlılar olmazdı nə də qəmlilər asan olardı güldürm