(verse: PRoMete) Gün ərzində Günəşi izləyən, Kölgələr kimi, sənə görə dəyişkən. Ya da ömründə yağışı bilməyən, Səhra qumları kimi, sənə həris mən. Ovuclarında yuva qurum və Tərləyəndə ətrindən huş itsin Hər şey çox yaxşıdır, amma ki, İstərəm ki, elə indi bitsin.
(verse:PRoMete) Söz dinləmir bu fikirlər, Elə hey yanına qaçıb gedirlər. Həqiqəti dəyişmir bu illər, Sevginlə bütövləşir şəkillər. Biraz uzaq qal, yoxla bəlkə heç Darıxmırsan, demək onda boş Səninlə bir saniyəlik əl-ələ, Bir ömür süni gülüşdən xoş!