Mavi qızılgüllər (verse: AiD) Bu gülü bağışladım ki, sən dərk edəsən Bu gülü bağışladım ki, sən tərk edəsən Bu günü yaşadım ki, anlayasan bəlkə də sən Bu ömrü yaşamadım ki, sən məhv edəsən Zamanı verməyiblər ki, biz onu qaytaraq Qədrini bilmədikcə ancaq xəyallarda Həyatı verməyiblər ki, biz onu aldadaq Xoşbəxt olduğumuzu deyək ancaq yalanlarda Sevgini vərməyiblər təkcə ondan mahnı yazaq Bilirəm sətirlərimdə sevgi müqəddəsdi Torpağı verməyiblər təkcə orda qəbir qazaq İstərəm torpaqda bitsin mavi qızılgüllər Bahar vaxtı açıq qalan pəncərələrdən Baxıb güc alanda küçədə sevgililərdən Gizlədəndə gözlərimdə sevgimi hərdən Bu həyatı istəmədiyimi anlamışdım lap öncələrdən Qələmi verməyiblər mənə, mən tək səndən yazım Səhərlər ayırır məni sevdiyim gecələrdən Ürəyi verməyiblər mənə orda tək səni daşıyım Bu qəlbi qırıq-qırıq toplamışam bir neçə yerdən mən
(Nəqarət: Gültəkin) Bu günlər bizim ömrümüzdən keçər Mənim son ümidim açılan səhər Sənin əllərin mənim əlimdən ayrılaraq qovuşar əbədi göylərə Biz dünyamızı döndərəcəyik yenə Vurulaq yenə, sarılaq yenə Son dəfə rəqs etmədik yağışda, mənə mavi qızılgülü bağışla
(verse: AiD) Uşaq vaxtı axtarırdım möcüzələri mən Tapmadıqca tez-tez deyirdim ki, düzələr mən Maraqsızlaşırdı həyat böyüdükcə mən Gətirmir böyük arzuya böyük büdcələr Sən də bir möcüzə deyildin, nə qədər oxşasan da Sən də yaşada bilmədin, qanıma qarışsan da Sən də qalmayacaqsan yadımda uzun illər İstərəm torpaqda bitsin mavi qızılgüllər İnsanlar əl uzadır hərdən yerdən qaldırmaqçün Bu əllər heç vaxt qaldırmayacaq qanadlartək İnsanlar əl uzadır çox vaxt aşağıya dartmaqçün Qanadlarsa heç vaxt incitməyəcək əllərtək Mən artıq istəmirəm adi insan, adi həyat tərzi Artıq istəmirəm əvvəlcədən bilim gələn fəsli İstəyirəm ki, mənim üzümə gülsün göylər İstərəm torpaqda bitsin mavi qızılgüllər
(Nəqarət: Gültəkin) Bu günlər bizim ömrümüzdən keçər Mənim son ümidim açılan səhər Sənin əllərin mənim əlimdən ayrılaraq qovuşar əbədi göylərə Biz dünyamızı döndərəcəyik yenə