Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

[H.O.S.T |Qaraqan, Felon de Jure ] - [Məni Qaytar] | Текст песни

Bəlkə xəbərim yox, əsərim yox,
yazılası səhərim yox, gecə sonsuz, küçə sonsuz,
Gedirəm, ölümün önünü tuta biləcək çəpərim yox.

Axtarmasın bu gün heç kəs məni
Qəlbimin qara küçələrində azmışam,
Qazmışam ümidə qəbir bu gün mən,
Özüm-özümdən qaçmışam.
Açmışam dəftəri yenə sətirə bir ovuc ərik tökmüşəm.
Hər kəs kimi mən də “Sabah hər şey düzələr” deyib bu günümə dözmüşəm.
Ölmüşəm, bəlkə xəbərim yox, əsərim yox,
yazılası səhərim yox, gecə sonsuz, küçə sonsuz,
Gedirəm, ölümün önünü tuta biləcək çəpərim yox.
Qəzəbim yox, həyatıma razıyam,
Tanrı yazısıdır, mən yazıyam.
Həm şəhid oldum, həm qaziyəm,
İşğal edilə bilməyən əraziyəm mən.
Səhv yol, düz yol, önümdə yüz yol, iz qoy, bir ruh üzdə yüz rol,
Yenə dağılıb ürək otağının səliqəsi.
Əzrail gəlsə, tələb elə vəsiqəsin. (Sən kimsən?)
Qəribədi bu gün həyatım mənim.
Hisslər içimi qanadır mənim,
Arzular qəlbimdə pas atır mənim,
İllər qəbrimə uzanır.

Nəqarət:

Məni mənə qaytar,
Axtar ürəyimin ən dərin dərəsində,
sərin qəfəsində,
qəmim nəfəsimdə qalmışam,
Hisslərimin içində azmışam, ölmüşəm,
bəlkə xəbərim yox,
əsərim yox,
yazılası səhərim yox,
gecə sonsuz, küçə sonsuz,
Gedirəm, ölümün önünü tuta biləcək çəpərim yox.

Məni qaytar,
Axtar ürəyimin ən dərin dərəsində,
sərin qəfəsində,
qəmim nəfəsimdə qalmışam,
Hisslərimin içində azmışam, ölmüşəm,
bəlkə xəbərim yox,
əsərim yox,
yazılası səhərim yox,
gecə sonsuz, küçə sonsuz,
Gedirəm, ölümün önünü tuta biləcək çəpərim yox.

Felon De Jure:
Məni qaytar,
Axtar ürəyimin ən dərin dərəsində,
sərin qəfəsində,
qəmim nəfəsimdə qalmışam,
Hisslərimin içində azmışam, ölmüşəm,
bəlkə xəbərim yox,
əsərim yox,
yazılası səhərim yox,
gecə sonsuz, küçə sonsuz,
Gedirəm, ölümün önünü tuta biləcək çəpərim yox.


QaraQan:
Axtarmasın bu gün heç kəs məni qəlbimin qara gecələrində azmışam
Düzmüşəm zibilə səbir, bu gün mən özüm-özümdən bezmişəm.
Yozmuşam, sonsuz kədər içində bir ovuc sevinc görmüşəm,
Hər kəs ilə mən də bu kiçik sevincimi bə

Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
    Нет видео
    -