Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

[H.O.S.T |QaraQan ] - [İşıq] | Текст песни

Həyat rəngli şəkillər və dəbdən ibarətdir,
Həyat bahalı geyimlər və bəxtdən ibarətdir.
Həyat qumar oyunu, taleh bircə zərdən ibarətdir.
Oyunun qaydaları hər dəfə yeni şərtdən ibarətdir.
Həyat işıqlı vitrinlər, reklamdan ibarətdir.
Həyat siyasətdən, neftdən və qandan ibarətdir.
Həyat maskalar, komediya və dramdan ibarətdir.
Həyat kimlər üçünsə yalnız Qaraqandan ibarətdir!
Həyat sevgidən ayrılıq və qəmdən ibarətdir.
Varlı çobanlar üçün qolf çəməndən ibarətdir.
Həyat hər kəs üçün bir neçə bənddən ibarətdir.
Mənim həyatım mənim üçün məndən ibarətdir!
Həyal düzəlir şişirdilmiş gözəl cümlələrdən.
Mən sənin güzgünəm səni göstərirəm cümlələrnən!
Mən oynuyuram tanqo həyasız səhifələrlə.
Mən oynuyuram tanqo abırsız sətirlərlə!

Donacaq zaman bütün suallar cavabın tapacaq son dəqiqələr.
Çıxacaq yaradan üzə, bəyaz işığa bürünəcək zülmət gecələr.

Həyat yaxşı seks, feym və puldan ibarətdir.
Həyat bir neçə padşah və quldan ibarətdir.
Həyat futbol oyunu - kimə maraqlı maraqsız.
Mənim həyatım bu oyunda ancaq qoldan ibarətdir!
Həyat kimin üçünsə kola və leysdan ibarətdir!
Həyat facebook'dan, twitter, myspace'dən ibarətdir!
Həyat ibarətdir Range'dən Rover'dən.
Kimin həyatı startda kimin ki game over`də.
Həyat ibarətdir gettolar və küçələrdən.
Həyat ibarətdir villalar və adalardan.
Və nə qədərki sən məni orda pisliyirsən
mən dincəlirəm hansısa uzaq isti adalarda!
Mənə həyat öyrədib həyasız və cəld olmağı!
Xoşbəxt olmaq üçün bacarmalısan kiməsə dərd olmağı!
Çatanda zirvəyə bəlkədə gördüm Allahı!
Həyatım treklərim, treklərim ibadətdir!

Donacaq zaman bütün suallar cavabın tapacaq son dəqiqələr.
Çıxacaq yaradan üzə, bəyaz işığa bürünəcək zülmət gecələr.


Другие названия этого текста
  • [H.O.S.T |QaraQan ] - [İşıq] (0)
  • Host Alliance - isiq (0)
  • eHTIRAM - DAGLAR OGLU (0)
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
  • H O S T QaraQan ''Sevgi qonaq gelir'' NEW ... H O S T QaraQan ''Sevgi qonaq gelir'' NEW ...
    NEW VERSION | Raper: QaraQan Track: Sevgi qonaq gelir Design: Murad VeysLi My ...
  • HOST (Qaraqan, PRoMete, AiD) — «Qarada Qırmızı ... HOST (Qaraqan, PRoMete, AiD) — «Qarada Qırmızı ...
    artist: H.O.S.T (Qaraqan, PRoMete, AiD) track: "Qarada Qırmızı" album: "Qarada Qırmızı ...
  • H.O.S.T (Qaraqan) - Kagiz Gemiler H.O.S.T (Qaraqan) - Kagiz Gemiler
    H.O.S.T (Qaraqan) - Kagiz Gemiler . Xais Edirik Beyenin Ve Kanala Abune Olun. Eger ...
  • HOST (QaraQan ft AiD) - Nağıl HOST (QaraQan ft AiD) - Nağıl
    HOST (QaraQan ft AiD) - Nağıl. fuckafterdeath ... Qaraqan ve H.O.S.T.- un Butun ...