Qadın ətri (verse: Qaraqan) Qısa qapanma, ilıq cappucino Yeni sətirlər, ağ-qara film, kino Mən sanki rəssam, fırçalarım xəzan Mən köhnə piano, akkordlar mi-minor Yeni avtobuslar, dayanacaqlar Tələsən insanlar dayanacaqlar Bakıya yağır noyabr payızı Bu yuxudan mən istəmirəm ayılım Mənim həyatımda yoxdu yaxşı insanlar Yaxınlar, səhvlərinə öyrəşdiyim adamlar var Mənim həyatımda yoxdu şəhzadələr Var göz yaşlarına toxunduğum qadınlar Bədəni tanımaq, tanımaq ən nöqtəsi Bu roman, bu kitabın yox nöqtəsi Sanki mələklər utanır ahlardan Bu pəncərələrin qapanır pərdəsi
(Nəqarət: Qaraqan) Və rəqs edərik səhərə kimi səninlə Bu mahnının olmasın nəqarəti Sadəcə qulaq as, sakitcə dinlə Saksafon və qadın ətri
(verse: Qaraqan) Mən tapa bilmirəm hisslərimin adını Sən sanki içki, siqaret, pis vərdiş Mən sənlə qalardım bəlkə də əbədi Amma ki, şairlər içlərində dərviş Mən tapmalıyam Allahı səhrəlarda Ya da ki, fahişələr həqiqəti pıçıldar Mən bilmirəm kim bu ruhlar Hara aparır məni asfalt yollar Söz ver səni heç kəs belə görməyəcək Mən gedirəm, amma söz ver ki, gözləyəcəksən Mən gedirəm, səni sevirəm, əlvida Qorxma, xəyanətləri səndən gizlədəcəm Sən yenə hər səhər süz iki cappucino Bilmək olmaz, bəlkə bir gün qayıtdim Sən gözündə nifrət, baxarsan mənə Mən gülüb deyəcəm, salam darıxdım
(Nəqarət: Qaraqan) Və rəqs edərik səhərə kimi səninlə Bu mahnının olmasın nəqarəti Sadəcə qulaq as, sakitcə dinlə Saksafon və qadın ətri