Yandır ipodu,söndür dünyanı Qoy bu gün bizə heç kəs mane olmasın İcazə ver səni mən gəl qucaqlayım Qış mahnılarında sənə soyuq olmasın İcazə ver səni dərinə aparım Dərinə hoparam,mən sən olaram
Və yanından keçən o özgə adamlar Bilmirlər nə deməkdi mahnıyla yaşamaq Mahnıya xoş gəl..bir azca darısqaldı Amma ikimizə bəs edər iki qulaqlıq
Gözlərini yum..hər şeyi unut... Burda tək sən varsan bir də mən varam Birdə piano..başqa bizə nə lazım... Axı biz azadlıq axtarırdıq...azadlıq Rahat ol,keç içəri...sağ tərəf yataq otağı Solda mətbəx...həə burda da nəqarət...
Bu bizim mahnımız...gör necə süzülür ruhumuza bu səslər... Sözüm bitməyəcək...Dolmamış dünyadakı son dəftər...
Həyat qəribədir...mən lap qəribəyəm... Hələ də taledən nə istədiyimi tam bilmirəm Pul,ev,ailə,iş-maşın... Ya da rəqs eleyim altında yağışın.. Burdan qaçmaq lazım...və çantaya toplayıb Bir neçə xatirə... Burdan qaçmaq lazımdı... İç səbəblərindən..gecələri qus... Mənimçün Bakının ikinci adı qış... Bu şəhər..məni dəyişir... Qanadlarımı qırır,adiləşdirir..
Bahalı vitrinlər salır öz tələsinə Yarı yolda atanlar öldürür həvəvsimi Və sonda anlayırsan hamı atıb gedəndə Qalanda tək qəlb..tüpürəndə ağrılar Ən sonda anlayırsan hamı atıb gedəcək Qalacaq bir nece Mq bayt manhılar... Bu bizim mahnımız... gör necə süzülür ruhumuza Bu səslər... Sözüm bitməyəcək.. Dolmamış dünyadakı son dəftər.. Yandır ipodu,söndür dünyanı Dünyanı... dünyanı... dünyanı....