Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

HOST | Qaraqan | www.select.az - Herb ve sulh | Текст песни

Tüstülər, bombalar, uçur uşaqların üstündən,
Ağrılar, güllələr, axı bunlar nəyin üstündə?!
Nəyə gərəkdir müharibələr, nəyə gərəkdir sərhədlər?!
Nəyə gərəkdir fərqli ölkələr, əgər dünya birdirsə?!
Nəyə gərəkdir rəngli əskilər və himnlər?!
Nəyə gərəkdir irqçilik, fərqli eyni dinlər?!
Nəyə gərəkdir türmələr, ora düşür kasıblar?!
Ya da ki cəmiyyətin sındırdığı insanlar..
Bir nəfəri öldürən qatil, yüz nəfəri öldürənlər qəhrəmandı,
Nərdivandı həyat, kimsə, qalxdı, kimsə, geridə qaldı..
Nəyə gərəkdir pul, əgər yemək çatırsa, hamıya,
Niyə kiminsə, beş sarayı, kimsə, qalır daxmada?
Niyə qızlar sevilir pulla, niyə oğlan seçilir işlə?
Niyə valideyinlərin də pul yığmaqdı toy günü beynində?
İki əlim, iki ayağım, iki gözüm, amma ürək təkdi,
Hər şey çox mürəkkəbdir.. Hər şey çox mürəkkəbdir..

Tüstülər, bombalar, uçur uşaqların üstündən,
Şikəst körpələrin davası bir çomaq üstündə..
Nəyə gərəkdir ədalət, əgər boş nağılsa?!
Necə deyim səma təmizdi, göydən qan yağırsa?!
Nə qədər pul, nə qədər qul, nə qədər göz, nə qədər dil?!
Nə qədər sus, nə qədər dinmə, nə qədər bilmə, nə qədər sil?!
Nə qədər öz xaçım qanlı yaralar açacaq çiynimdə?!
Nə qədər sətirlər misralara daşacaq beynimdə?!
Sevgi qaçacaq qəlbimdən, yalan açacaq gözlərimi,
Ruhum donacaq dərində, gözlər satacaq sirrlərimi..
Sən də atacaqsan bir gün məni, unudacaqsan dediklərimi,
Tətiklərini tənqidlərinin bir gün üzümə çaxacaqsan..
Tikəcəklər, sökəcəklər, qalan yenə də toz-torpaq,
Deyəcəklər, güləcəklər, çox asandı qul olmaq..
Taxtın üstü asılı qılınclar, buna ürək gərəkdir,
Hər şey çox mürəkkəbdir.. Hər şey çox mürəkkəbdir.

HOST | Qaraqan | www.select.az еще тексты


Другие названия этого текста
  • Qaraqan - Hərb Və Sülh (0)
  • HOST | Qaraqan | www.select.az - Herb ve sulh (0)
Видео
Нет видео
-
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1