Gündüzüm qaranlıq, gecəm uzundu, sənsiz Yuxularım hamısı sənli, amma yozuldu, sənsiz Dayaz qazdığım qəbrim dərin qazıldı, sənsiz İstəməzdim belə olsun, amma alnım yazıldı, sənsiz
Pianinomın ağ dillərində qara həyatım çalınır, Hər gün, hər saat, hər an neçə - neçə mahnılar yazılır Ürəkdə hər döyüntü, hər söküntü, üzdə ayrıca üzüntü Hər baxışda məni öldürən, dəli edən görüntü Çarə yoxdu, düşmüşəm qara dərdli sözlərin içinə Girmişəm sənə görə 1001 gözəgörünməz biçimə, Sevginin bütün lazımlı bütün həriflərini öyrənə bildim Onları bir-birinə qoşdum nə baş verdi bilmədiiim. Sevgi qatarım bu gecə yola düşəcək- .... ölürəm, Biletimin sifarişi gecikir mənsə - ...gülürəm, Sıxıldım həyatın mənə verdiyi qəribə sınaqlardan, Yıxıldım sevginin mənə verdiyi sonsuz əzablardan, Sevgi yaşamağa bir maraq üçün deyilmiş... Sevgi ölümlə yaşamı ayıran sərhəd imiş.... Qurduğum sevgi tələrində özüm boğuluram , Qazdığım sevgi qəbirlərində özüm doğuluram , Qadağaları bazarında istəmədən satışa qoyulur Nəsiminin hisslərini keçirdim oyuldum, soyuldum Sözlərim keçicidir, hisslər isə əbədi payım Bilmirəm varmı elə söz ki, keçirdiyim hissləri anladım?!......... Gözlərimin qarasısan, mənə o qədər yaxınsan... Ürəyimin arzususan, mənə o qədər lazımsan... Vaxtında qədrini bilmədim indi əziyət çəkirəm... Vaxtımızı boş yerə itirdik indi o günləri istəyirəm... Mənim qara qanım sənin həsrətinlə tündləşir Bədənimdə yeganə ürək artıq kədərə öyrəşir Etdiyim bütün əməllərim indi mənə qarşı birləşir, Sui qəsd hazırlanır həyatım sənsizləşir. Ağlım öz yerindən uçur, beynim qalıb boş qab kimi Sevinməyə olan həsrətim artıq tükədir səbrimi Heçkim başa düşmür məni Heçkim anlamır dərdimi Heçkim görmür kim bu qədər parçalayıb qəlbimi. Sənli günlərim, indi sənsizliyimlə vuruşur Sənsiz günlərimdə isə, ağ bayraqlar uçuşur... Sakin hisslərim olan dövlətimdə səfərbərlikdi indi, Sahildən uzaqlaşmışam buralar çox dərindi. Qayıtmağa can atıram,yol,3il, 5 il də olsa, Yerinə yetişdirərəm ölsə bir güllərim solsa. Hələlik mən acizəm sən hakimsən qərarlara, Hələlik azalıb ümidim qalanında isə yara.