(Verse1: AiD) Sizin üçün ömür yoxdur, sizin üçün əyləncə var.. Sizin üçün vaxtı öldürüb hər gün sülənmək var.. Sizin üçün məqsəd yoxdur, beyinə yeridilən düşüncə var Sizin üçün xırda uğuru şişirdib onunla öyünmək var Sizin üçün vətən yoxdur, sadəcə bekarçılıq Patriot qruplara qoşulmaqdı iş gücünüz Təsbəyi fırlatmaqla deyil brat orda-burda Bir qıza sms yazanda açılır iç üzünüz Sizi mən tənqid etmirəm ki, nəyivizsə dəyişsin Zibil ətrafda çox olmalı ki, bu güllər də seçilsin Sürünən hər bir insan, niyəsə sayılır yaxşı biri Kimsə varlanıbsa pis insandı mehv edilsin Siz ancaq seriala baxırsız boşluğu doldurmaq üçün Siyasətdən danışırsız, ozüvüzü doğrultmaq üçün 5 dəqiqə ciddi söhbət sizə bəsdir yorulmaq üçün Mən bəlkə hər şeyi verərdim təzədən doğulmaqçün
(Chorus: AiD) Bağla gözləri, açıqdı urəyimiz Özünə güvəndi bizim koməyimiz Günəşi göstər, varsa dünyada Yoxdu ədalət bütün dünyada(x2)
(Verse2: AiD) Sizin üçün sevginin də nifrətin də ömrü çox qısa Siz ömürlük dostluğu dəyişirsiz pozğun bir qıza Sözlərim yadda qaldısa bəs etmir əməl lazımdı Məqsədə çatmaq üçün bugün düzgün təməl lazımdı Siz bugün nə var onunla razılaşıb yaşayırsız Nəyisə bəyənməsəz uzaq başı deyinirsiz İçindən bixəbər olduğunuz yükü daşıyırsız Hər gün məcbur kostyum adlı kəfəni geyinirsiz Hörmət istəyib hörmət nədi bilməyən yaşlılarsız Zəmanə uçurumunda asılı qalmış cavanlarsız Başqa həyatdan kömək istəyən gözü yaşlılarsız Siz xəbərlərə baxıb hər şeyə inanan insanlarsız SPİDə yoluxmuş insan sayından çox təşkilat var Məqsədi grand olan yüz cür saxta təbliğat var Gözdən pərdə asmaq üçün yalançı təqdimat var Özündən razı deməli cibdə artıq 1 manat var
(Chorus: AiD) Bağla gözləri, açıqdı urəyimiz Özünə güvəndi bizim koməyimiz Günəşi göstər, varsa dünyada Yoxdu ədalət bütün dünyada(x3)