Onlar oturur kafedə, mən küçədəyəm Onlara gəlir isti yeməklər, mən şaxtadayam Onlar gəzirlər cipdə, mən taksidəyəm Onlar dəniz kənarı parkda, mən arxadayam O onu dəvət eləyir rəqsə, mən hirslənirəm Onlar çevriləndə mən hər tərəf gizlənirəm O ona alır güllər, göndərir hədiyələr
O onu sevir, amma mən də onu sevirəm
Onlar gəzirlər küçədə, mən kafedəyəm
Onlar hiss edəndə kimsə güdür, mən gizlənirəm Onlar gəzir dükanları, dənəyir paltarları O paltarlı istəyir, mən paltarsız istəyirəm Onun sevgilisi pullu, mənim şansım yoxdu Onun ətrafında mənim kimi oğlanlar çoxdu Mənim ürəyimə girən yeganə qızdı Ona yaxın olmaq üçün oluram sevgilisinin dostu Onlar keçirir ad günü, mən birinci qonağam Onlar qızdırır əllərini, mən yandıran ocağda Onlar seçirlər mənzil, mən məsləhətçi Onlar haranı gəzir, mən onlara oluram bələdçi O onu öpür, mən üzümü çevirirəm Onların xoşbəxt anlarına dözə bilmirəm Oğlan mənə danışır gecə baş verənləri Yatağı, qızı, toxunuşları, səsləri O mənə etibar eləyir, mən eləyirəm nifrət Onların toy günündə, mən çəkirəm həsrət Onların toy gecəsi, şəkillər, bal ayı Bir il sonra uşaqlarının ilk sözü olur “dayı”
Onlar oturur kafedə, mən kafedəyəm Onlar uçursa xaricə, mən də xaricdəyəm Onlar açırsa şirkət, mən oluram şərik Bu sevgi üçbucağı, bu qanlı mühərrik Onlar sevişir yataqda, mən qonşu otaqda Onlar qəhrəmanlar, mən epizodik rol qıraqda Onlar yaşayır öz həyatını, mən onların həyatını Mənim adım Qaraqan, yox mənim, yox adım....
O işlə bağlı uçur xaricə, mən evdəyəm Mən onun ən yaxın dostu, mən arxa dirəyəm Tək qoya bilmir həyat yoldaşını, körpəsini Mən oluram başçısı onun ailəsinin O işləyir xaricdə, biz şəhərdəyik O biznes danışıqlarında, biz kafedəyik O yorğun oteldə, biz artıq evdəyik Yedizdirdik, uzatdıq, yatmağa körpəni O artıq yuxuda, mən onun sevgilisiylə Özümü saxlayıram güclə, əsəb ülgücdü Daxil olur duşa, deyir biraz tərləyib Ehtiras təmiz ruhumu tamam zəhərləyib Əri xaricdə pul qazanır, mən onun dostu Məni çağırır hamama, deyir su çox isti Mən yumub gözlərimi istəyirəm tənzimləyim Növbəti saniyə o çılpaq üstümdə mənim Davamlı öpüşlər, ehtiras, etiraf O çılpaq, mən geyimdə O çılpaq, mən çılpaq Dağılmış su, sınıq aynan