Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

[H.O.S.T|Qaraqan] - [Hərb Və Sülh] | Текст песни

Tüstülər, bombalar, uçur uşaqların üstündən,
Ağrılar, güllələr, axı bunlar nəyin üstündə?!
Nəyə gərəkdir müharibələr, nəyə gərəkdir sərhədlər?!
Nəyə gərəkdir fərqli ölkələr, əgər dünya birdirsə?!
Nəyə gərəkdir rəngli əskilər və himnlər?!
Nəyə gərəkdir irqçilik, fərqli eyni dinlər?!
Nəyə gərəkdir türmələr, ora düşür kasıblar?!
Ya da ki cəmiyyətin sındırdığı insanlar..
Bir nəfəri öldürən qatil, yüz nəfəri öldürənlər qəhrəmandı,
Nərdivandı həyat, kimsə, qalxdı, kimsə, geridə qaldı..
Nəyə gərəkdir pul, əgər yemək çatırsa, hamıya,
Niyə kiminsə, beş sarayı, kimsə, qalır daxmada?
Niyə qızlar sevilir pulla, niyə oğlan seçilir işlə?
Niyə valideyinlərin də pul yığmaqdı toy günü beynində?
İki əlim, iki ayağım, iki gözüm, amma ürək təkdi,
Hər şey çox mürəkkəbdir.. Hər şey çox mürəkkəbdir..

Tüstülər, bombalar, uçur uşaqların üstündən,
Şikəst körpələrin davası bir çomaq üstündə..
Nəyə gərəkdir ədalət, əgər boş nağılsa?!
Necə deyim səma təmizdi, göydən qan yağırsa?!
Nə qədər pul, nə qədər qul, nə qədər göz, nə qədər dil?!
Nə qədər sus, nə qədər dinmə, nə qədər bilmə, nə qədər sil?!
Nə qədər öz xaçım qanlı yaralar açacaq çiynimdə?!
Nə qədər sətirlər misralara daşacaq beynimdə?!
Sevgi qaçacaq qəlbimdən, yalan açacaq gözlərimi,
Ruhum donacaq dərində, gözlər satacaq sirrlərimi..
Sən də atacaqsan bir gün məni, unudacaqsan dediklərimi,
Tətiklərini tənqidlərinin bir gün üzümə çaxacaqsan..
Tikəcəklər, sökəcəklər, qalan yenə də toz-torpaq,
Deyəcəklər, güləcəklər, çox asandı qul olmaq..
Taxtın üstü asılı qılınclar, buna ürək gərəkdir,
Hər şey çox mürəkkəbdir.. Hər şey çox mürəkkəbdir.

Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
  • AiD - Hekayem Piano Tutorial by Ayten H. Aydan ... AiD - Hekayem Piano Tutorial by Ayten H. Aydan ...
    ... Həyatlar #Coming Soon... Official Facebook Page: http://www.facebook.com/ pianist.Ayten ...
  • Qaraqan (HOST) - Men Ve Sen (F ve R) Qaraqan (HOST) - Men Ve Sen (F ve R)
    "Mən və sən" (Piano version) | played by Aytən H. Aydan, Added by Graf ... H.O.S.T ...
  • Qaraqan Melek HD Qaraqan Melek HD
    H O S T Qaraqan KAGIZ GEMILER - Duration: 4:10. by host1997 635 ... Qaraqan - Melek piano ...
  • H.O.S.T (AiD) - Uzaqlara məktub H.O.S.T (AiD) - Uzaqlara məktub
    Facebook: https://www.facebook.com/aid.host Single, 2008. Lyrics: (verse:AiD) Bu gecə biraz ...
  • HoSt Umidler Qebirstanligi HoSt Umidler Qebirstanligi
    4:41. Play next; Play now. H.O.S.T (Qaraqan) - Maraqsız mahnı - Duration: 5:41. by ...