Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Ibrahim Muhammedli & Sako Rapon - Tənha Çiçək | Текст песни

Ibrahim Muhammedli:
Qarşımda qara dəftərim, yazıram çoxdu səflərim.
Köhnə yazı və dərtlər, dolub daşıbdı rəflərim.
Qara dünyada səthlər, qara dəftərdə sətirlər.
O cəhənnəmdə cənnət, şeytanın qəlbində mələk.
Rəssamın zərif rəsmi ibarətdirsə bir fırça rənglərdən.
Pianoçunun ifası ibarətdirsə bir piano notlardan.
Mənim isə sənsiz dünyam qaralan ibarətdi sadəcə sənnən.
Sevgilim,balaca boyun var ama böyük dünyamsan sən.
Qara gözlərin var ama ağappaq mənamsan sən.
Şipşirin gülüşün var ama acı həqiqətim.
Işıqlı günəşim, gülüşüm, tək diqqətimsən bil.
Göydəki ulduzları mən qaranlıq bir gecədə,
Seyr edirəm təkcə, ətraf səssiz necədə.
Ulduzlar gözlərini xatırladır qəmli qəlbimə.
Tənha bir çiçəksən sən həyat adlı səhramda.

Sako Rapon:
Həyatıma gün tək doğdun, işığım gözlərimdə.
ömrümün sayılı günləri, sənədir sözlərimdə.
Həyatım ağ-qaradır sənsiz olan günlərimdə.
Həəyatım sənindir hər keçən mənim dünənimdə.
Qaradır mənim həyatım, sən tək ümidimsən.
İndi yazıram sənnə ağlım, qəlbim sənsən.
Rəngsiz o dünyama rəng qatansan sən.
Nə sözlər kifayətdir sevgimə, nə sətirlər.
Kəşf edirəm dəyanmadan hər dərin baxışında.
Yox olur insanlar hər zamanın axışında.
Ən gözəl rəsmsən sən, sənə həsrətlə baxan.
Ən gözəl insansan sən, ürəyim sənsiz darıxan.
Dərin bir yuxusan sanki, oyanmaq istəmirəm.
Uzun bir səssizlik, səsləmək istəmirəm.
Sənsizlik boğur məni boğuluram mən hər dəyqə.
Sənsizlik yorur məni darıxıram mən hər dəyqə.
Sevgilim.

Ibrahim Muhammedli & Sako Rapon еще тексты


Видео
Нет видео
-
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1