Mənə biraz ondan danış, Az da olsa yaşat məni, Çox dolmuşam için-için, Biraz aglat, boşalt məni Yaman sıxır həyat məni
Mənə biraz ondan danış Duruşundan, yerişindən Şirin şirin gülüşündən Gəlişindən, gedişindən Bacardıqca hər işindən Nə bilirsən axır çalış
Mənə biraz ondan danış Başın necə qatmağından İstəyinə çatmağından Hər gün biraz öldüyüm de Gecə rahat yatmağından Məni necə atmağından
Mənə biraz ondan danış Söylə neynir can yoldaşım? Qısqanclığdan coşum daşım, Qoy lap quru söznənsə də Özümü itirim,çaşım Ona yenə yaxınlaşım
Mənə biraz ondan danış Danış təbim dilə gəlsin Hər bir sözün bağrım dəlsin Qoy içkisiz,qoy içmədən Ruhum biraz məzələnsin Xatirələr təzələnsin
Mənə biraz ondan danış Qaytar mənə getir məni Al onsuz bir gələcəkdən keçmişimdə itir məni Danışdığca bitir məni!
Mənə biraz ondan danış Hicran pozub düzənimi Sarıb şeir,qəzəlimi De ki,təsəllim öpməkdir Ondan yazan öz əlimi Görərsənsə gözelimi Ona bir az menden danış!