Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Kabus - Oxu tar | Текст песни

Verse 1:

Oxu tar, çoxdandır ki, gəlmir yanıqlı səsin,
Oxu təmənnasız cibimdə pul yox ki, verim,
Nə nefti bizim oldu bu yurdun, nə də suyu,
Qarşılıqsız olsun, Azərbaycan üçün oxu.
Danışmaq istəmirəm ümidlərdən, arzulardan,
Özümüzü aldadırıq hər gün biz arzularla,
Boşdu qədəhlər də, deyilən sağlıqlar da.
Hər gələn il bir az da ayırır bizi Qarabağdan.
Oxu tar, bəlkə səni duyub anlayar bu millət,
Kim olduğunu bir an xatırlayar bu millət,
Xatırlayar, şəhidlərin, əsir düşən qızların,
Oxu, qəflət yuxusundan ayılar bu millət.
Oxu tar, səsindən ən lətif şerlər dinləyim,
Özümü qurban demişəm, eşitmədən ölməyim,
Müşviq də yoxdur ki, səsimə səs versin,
Səsinin qarşılığıdırsa razıyam güllələnim.

Verse 2:

Oxu tar, sən susduqca danışar alçaqlar,
Unudar köhnə Azərbaycanı yaltaqlar,
Yenisi bizim deyil, acısı bizim oldu,
Dirisi bizim deyil, ölüsü bizim olsun.
Oxu tar, yenidən silaha çevril qal əlimdə,
Sar vücudumu, yaralarım var mənim də,
Külək ol, elə əs ki, dağıt Bakını, yenidən quraq,
Onda İrəvan da inidiki tək olmaz uzaq.
Oxu tar, səni unudar ancaq satqınlar,
Səni sevməz, yeni nəsil komsomollar,
Onlardan bizə ancaq qanlı yaddaş qaldı,
Qırmızılar rəngini xalqımın qanından aldı,
Oxu tar, sən oxuduqca böyüyər ülküm,
Döndərə bilmədi məni nə edam, nə sürgün,
Yəqin məni də gözləyir türmə, ya da ölüm,
Qoy tökülsün qanım, qanı müqəddəsdir türkün.

Kabus еще тексты


Видео
Нет видео
-
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1